Süni intellekt (Sİ) və onun alt sahələri sənaye və akademiya daxilində müxtəlif tətbiqlərdə istifadə olunur. Maşın öyrənməsi müxtəlif elmi və kommersiya məqsədləri üçün, o cümlədən dil tərcüməsi, təsvirlərin tanınması, qərar qəbuletmə, kredit skorlaşdırılması və elektron ticarət üçün istifadə edilmişdir. 2020-ci illərdən etibarən generativ süni intellekt (GenAI) sahəsində Transformator modeli arxitekturasının 2017-ci ildə meydana çıxması nəticəsində böyük irəliləyişlər baş vermişdir. GenAI söhbət əsaslı sorğular vasitəsilə mətn, təsvir, səs, musiqi, video və digər məlumat formaları yaratmaq qabiliyyətinə malikdir.
Kənd təsərrüfatı
Kənd təsərrüfatında Sİ fermerlərə məhsuldarlığı artırmaq və bununla da səmərəliliyi yüksəltmək üçün suvarma, gübrələmə və ya pestisidlərlə müalicəyə ehtiyacı olan sahələri müəyyənləşdirməyə kömək edən vasitə kimi təklif edilmişdir. Sİ vasitəsilə ferma heyvanlarının, xüsusilə donuzların çıxardığı səslərdə emosiyaların təsnifləşdirilməsinə cəhd edilmiş, istixanaların avtomatlaşdırılması, xəstəliklərin və zərərvericilərin aşkarlanması və suvarmanın optimallaşdırılması üçün istifadə edilmişdir.
Sİ ilə dəstəklənən proqram təminatının hazırlanması
Fiziki Sİ
Memarlıq və dizayn Memarlıqda Sİ memarlıq prosesində avtomatlaşdırma, layihələndirmə və planlaşdırma məqsədilə və ya memarlıq sahəsində insan bacarıqlarına dəstək vermək üçün süni intellektdən istifadə edilməsidir.
Bəzi memarlar layihələndirmə işlərində Sİ-dən istifadə etmiş, bu texnologiya həmçinin sahədə planlaşdırma və rutin tapşırıqların avtomatlaşdırılması vasitəsi kimi təklif edilmişdir.
Biznes 2019-cu ildə aparılmış bir araşdırma generativ Sİ-nin əlaqə mərkəzlərində məhsuldarlığı 15% artırdığını müəyyən etmişdir. 2019-cu ildə aparılmış başqa bir araşdırmada isə yazı tapşırıqları üzrə məhsuldarlığın 40%-ə qədər artdığı müəyyən edilmişdir. MIT tərəfindən 2025-ci ilin avqustunda aparılmış araşdırmada sorğuda iştirak edən şirkətlərin 95%-nin Sİ-dən istifadənin gəlirlərində hər hansı artım yaratdığını bildirmədiyi müəyyən edilmişdir.
2025-ci ilin sentyabrında Harvard Business Review jurnalında dərc olunan məqalədə Sİ-dən istifadənin artmasının avtomatik olaraq gəlirlərin və ya faktiki məhsuldarlığın artmasına gətirib çıxarmadığı təsvir edilmişdir. Məqalədə müəyyən tapşırığı mənalı şəkildə irəlilətmək üçün lazımi məzmundan məhrum olmaqla yanaşı, yaxşı iş təsiri bağışlayan «Sİ tərəfindən yaradılmış iş məzmunu»nu ifadə etmək üçün workslop termini yaradılmışdır. Stenford Sosial Media Laboratoriyası ilə əməkdaşlıq çərçivəsində aparılan araşdırmalara əsasən, workslop məhsuldarlığı artırmır və həmkarlar arasında etimadı və əməkdaşlığı zəiflədir.
Teletibb sahəsində agent əsaslı Sİ-nin illik milyonlarla dollar mənfəət əldə edən, cəmi 1–2 əməkdaşı olan böyük biznes modellərinin yaradılmasına imkan verdiyi bildirilir. Buna MEDVi nümunə göstərilir; 2025-ci ilin avqustuna olan məlumata görə, şirkətin cəmi 2 əməkdaşı və GLP-1 arıqlama teletibb xidmətlərindən təxminən 75 milyon ABŞ dolları illik mənfəəti var idi.<ref>
İstinadlar
Kateqoriya:Süni intellekt tətbiqləri Kateqoriya:Texnologiya nəzəriyyələri Kateqoriya:Texnologiya siyahıları