IV Ferdinand () və ya Çağırılan Ferdinand (; ) — Kastiliya, Qalisiya və Leon kralı.
Həyatı 1285-ci ildə Sevilyada dünyaya gəldi. Atası Kastiliya, Qalisiya və Leon kralı IV Sanço, anası isə Leon kralı IX Alfonso və Kastiliya kraliçası Berenqariyanın nəvəsi Mariya de Molinadır. Kralın ilk və ən böyük oğlu olaraq vəliəhd elan edildi və Samora şəhərində əmanət edildiyi zadəganlardan təlim-tərbiyə aldı. 1291-ci ilin sentyabrında Portuqaliya kralı I Dinizlə bağlanan sülhə əsasən, kralın qızı İnfanta Konstansa ilə nişanlandı. Buna baxmayaraq 1294-cü ildə atası onu Fransa kralı IV Filippin qızlarından Marqaret və ya Blanşla nişanlayaraq yeni müttəfiq axtarışına başladı. Ancaq atasının ani ölümü bu ittifaqa mane oldu.
Atası IV Sanço 25 aprel 1295-ci ildə Toledoda vəfat etdi və vəsiyyətinə görə 9 yaşlı oğlu IV Ferdinand anası Mariya de Molinanın naibəliyi altında taxta çıxdı. İlk iş olaraq oğlunun hakimiyyətini gücləndirmək və mərkəzi hakimiyyətə tabe olmaqdan qaçan zadəganlara qarşı dəstək qazanmaq üçün Portuqaliya kralına dəvət göndərdi. Oğlunun kralın qızıyla olan nişanı yeniləndi və qarşılığında öz qızı Beatrisanı kralın oğlu vəliəhd-şahzadə Afonso ilə evləndirdi. Digər yandan kralın böyük bacısı İzabella ilə evlənən, ancaq yaşca az olması səbəbilə evliliyi hələ tamamlanmayan Araqon kralı II Ceyms dərhal 12 yaşlı qızcığazı öz ölkəsinə geri göndərdi və Kastiliyaya müharibə elan etdi. 6 il davam edən daxili çəkişmələr Portuqaliyanın dəstəyilə sonlandı.
6 dekabr 1301-ci ildə yetkinliyini elan edən IV Ferdinand naibliyə son qoyaraq təkbaşına hakimiyyəti ələ aldı.
7 sentyabr 1312-ci ildə Xaen şəhərində vəfat etdi. Cənazəsi Kordova məscid-kafedralında dəfn olundu.
Ailəsi 23 yanvar 1302-ci ildə Valyadoliddə baş tutan toy mərasimiylə Portuqaliya kralı I Dinizin qızı İnfanta Konstansa ilə evləndi. Cütlüyün bu nigahdan 3 övladı doğuldu.
Elyanora (1307-1359) Konstansa (1308-1310) XI Alfonso
Mənbə
Ədəbiyyat
İstinadlar Kateqoriya:Kastiliya infantları