Öncəqala kənd məscidi — Masallı rayonunun Öncəqala kəndində məscid. Məscid XIX əsrdə yerli ustalar tərəfindən inşa edilib. Hal-hazırda Məsciddə dini icma fəaliyyət göstərir. Məscid yerli kənd sakinləri üçün çox əhəmiyyətlidir. Öncəqala kənd məscidinin rəsmi Axundu Qədirov Məhəmməd İlham oğludur. O, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən keçirilən müsahibədə uğur qazanaraq rəsmi din xadimi statusu əldə etmişdir.

İstinadlar

Kateqoriya:Masallı rayonunun məscidləri