Böyük Ayətullah Şeyx Mirzə Cavad Kübar Təbrizi (1926 – 20 noyabr 2006) Güney Azərbaycan əsilli İran şiə mərceyi-təqlidi.

C.Təbrizi mərhum Ayətullah Seyyid Əbuqasım Xoyinin görkəmli tələbəsi və Xoyinin vəfatından sonra ortaya çıxan aparıcı dini şəxslərdən biri olub.

Erkən həyatı və təhsili C.Təbrizi Təbrizdə tacir Əli Kübar və Fatimə Sultanın ailəsində doğulub. O, anası vasitəsilə Məhəmməd peyğəmbərin nəslindən olduğunu iddia edir.

Təhsili O, akademik təhsilinə məktəbdə başlayıb və Təbrizdə ali təhsil alıb. Sonra o, fikrini dəyişərək, İslam seminariyasına daxil olmağa hazırlaşıb, lakin ailəsi onu dəstəkləməyib. Belə ki, Pəhləvi hökuməti ölkənin ruhani təbəqəsinə davamlı təzyiq göstərirdi. Lakin ailəsi sonda onunla razılaşıb və C.Təbrizi İslam seminariyasında təhsil almağa başlayıb.

O, 1948-ci ildə o Qum şəhərinə yola düşüb böyük Ayətullah Hüseyn Bürucirdinin rəhbərliyi altında təkmilləşən ruhani seminariyada, dörd il Seyid Məhəmməd Höccət Kuhkəmərinin, yeddi il isə Bürucirdinin yanında təhsil alıb. O, sonda Qumda təhsil almağa çalışsa da, təhsilini davam etdirmək üçün Nəcəfə köçmək qərarına gəlib.

O, 1953-cü ildə Nəcəfə daxil olmuş və Seyid Muhsin əl-Hakim, Seyid Əbdül-Hadi əş-Şirazi və Seyid Əbuqasım Xoyinin kimi görkəmli alimlərin mühazirələrində iştirak etib, Xoyinin yaxın tələbəsi olub və onun fətva məclisinin üzvü təyin edilib, iyirmi yaşının altında olmasına baxmayaraq, Xoyinin mühazirə slsiləsində orta və yüksək səviyyəli kurslar tədris edib, ictihad səviyyəsinə çatıb, fəlsəfə və Quran təfsiri, habelə rical üzrə ixtisaslaşmağa başlayıb.

O, Seyid Məhəmməd-Baqir əs-Sədr, Şeyx Hüseyn Vahid Xorasani və Seyid Əli Sistaninin sinif yoldaşı və həmyaşıdı olub.

İrana qayıdışı 1976-cı ildə İraqda BƏƏS rejimi iranlılara və iran əsilli iraqlılara qarşı təzyiqlərini artırıb və onları deportasiya etməyə başlayıb. Deportasiya edilənlər arasında Təbrizi də olub. Onun məcburi sürgün edilməsi o dövrdə Xoyini kədərləndirib.

İrana qayıtdıqdan sonra C.Təbrizi Qumda məskunlaşaraq, dini fəaliyyətini davam etdirib, oradakı seminariyada dərs deyib. C.Təbrizinin dərsləri Nəcəfdəki tədrisindən əhəmiyyətli dərəcədə təsirlənmiş olub.

Dini karyera Xoyinin 1992-ci ildə vəfatından sonra, onun bir çox davamçısı C.Təbrizinin davamçıları olublar.

Kədər dəsmalı Təbrizi Əhli-Beytin matəm ayinlərinin qızğın müdafiəçisi olub. O, ictimai toplantılarda iştirak edərkən həddindən artıq ağlayaraq, dısmalını göz yaşları ilə doldurarkən görülüb. Bu yas mərasimlərinin əhəmiyyətini vurğulamaq üçün C.Təbrizi vəsiyyətnaməsində iki dəsmalın onunla birlikdə qəbrində dəfn edilməsini və qiyamət günündə onun üçün şəfaət etməsini vəsiyyət edib. O, tələbələrinə ünvanladığı vəsiyyətnamənin bir hissəsində yasla bağlı belə yazıb:"İnsanların zehnində İmam Hüseynin rəmzləri ilə bağlı şübhə və inamsızlıq yaratmağa heç kimə macal verməyin. Çünki əqidənin [Cəfəriliyin] qorunması İmam Hüseyn rəmzinin qorunmasından asılıdır."

Fatimənin ölümü C.Təbriziyə görə, Fatimənin evinə hücum şiə inancında yüksək dini əhəmiyyətə malikdir/ O, xüsusilə Fatiməyə həsr olunmuş yas məclislərində iştirak edər və ağlayan görünərdi. O, hər il, üçüncü rəvayətə görə, onun vəfatının ildönümündə Qumda böyük bir yas mərasiminə rəhbərlik etmiş və bu mərasimdə yüz minlərlə insan, o cümlədən, Vəhid Xorasani kimi digər böyük ayətullahlar iştirak edib. Mübahisəli mərcə Seyid Məhəmməd Hüseyn Fəzlullah qapıya hücumun mif olduğunu bildirəndə və əksər hekayələri uydurma hesab etdikdə, C.Təbrizi Xorasani və Seyid Məhəmməd Sadiq Ruhani ilə birlikdə onu "azğın" adlandırıb.

Təbrizi, Fatimənin ölümünə səbəb olan hadisələrə qarşı güzəştə getmədiyinə görə Nasir əl-Zəhra (Zəhranın [Fatimənin] qalibi) ləqəbini daşıyıb.

Avropaya cavablar С.Təbrizi Məhəməd Peyğəmbərə karikatura çəkilməsi böhranı pisləyən sərt bəyanat yayaraq, bunu xəyanət adlandırıb və söz azadlığının digər irqlərə və dinlərə qarşı təhqiramiz hərəkətlər etmək azadlığı demək olmadığını bildirib. O, həmçinin Fransadakı islami baş örtüyü ilə bağlı mübahisəni, xüsusilə də müsəlman qız şagirdlərin dərsdə baş örtüyü taxdıqlarına görə orta məktəblərdən uzaqlaşdırılmasını və xaric edilməsini qınayaraq bildirdi ki, bu ölkələrin demokratiyanı tətbiq etdiklərini iddia edərkən əsas dini praktikaları məhdudlaşdırması ikiüzlülükdür.

Şəxsi həyat CTəbrizə Nəcəfdə olarkən evlənib, onun yeddi övladı - dörd qızı və üç oğlu olub.

Ölüm Təbrizi 20 noyabr 2006-cı il, bazar ertəsi günü xəstəlikdən vəfat edib. O, Fatimeyi-Məsumə ziyarətgahında dəfn edilib və Xorasani onun cənazə namazını qılıb.

İranın ali lideri Əli Xamenei başsağlığı mesajı yayaraq, C.Təbrizini Qum İslam seminariyasının ən görkəmli müəllimlərindən biri kimi səciyyələndirib.

Əsərlər Cavad Təbrizi fiqh və fiqhin əsasları üzrə çoxsaylı elmi əsərlərin müəllifidir. Onlardan bəziləri aşağıdakılardır:

İrşad əl-Talib Fi Şərh əl-Məkasib (Tələbəyə əl-Məkasib izahında rəhbərlik). 7 cild. Tanqeeh Mabani al-Urwa . 7 cild. Kitab əl-Qisas ( Cəzalandırıla bilən Cümlə Kitabı) Kitab əl-Diyaat . ( Qisas Kompensasiyası Kitabı) Təbəqat əl-Rical ( Bioqrafik qiymətləndirmə səviyyələri) əd-Durus Fi 'İlm əl Usul ( Əhəmiyyətin Əsasları Dərsləri) Sirat ən-Nəcat (Qurtuluş yolu) Sülmət Fatimeyi-Zəhra ( Fatimə zülmü) Fədək əl-Şaer əl-Hüseyniyya ( Hüseynin simvolları) Ziyarət Aşura Fövq əş-Şubahat ( Ziyarət Aşurası Şübhədən yuxarı)

İstinadlar

Kateqoriya:İran ayətullahları Kateqoriya:2006-cı ildə vəfat edənlər Kateqoriya:1926-cı ildə doğulanlar