Saksen-Qota-Altenburqlu Luiza (; ) — Saksen-Qota-Altenburq hersoqu II Fridrixin nəvəsi, Meklenburq-Şverin hersoginyası.

9 mart 1756-cı ildə Stadtrodada dünyaya gəldi. Atası Saksen-Qota-Altenburq hersoqu II Fridrixin oğlu Con Avqustdur. Rus çariçası Böyük Yekaterina onu yeganə oğlu Pavel Pyotroviç ilə evləndirmək istəsə də, Luiza pravoslav məzhəbinə keçmədən imtina etdiyi üçün bu cəhd uğursuz oldu.

1 iyun 1775-ci ildə Qotadakı Fridensştayn qəsrində Meklenburq-Şverin hersoqu II Kristian Lüdovikin nəvəsi Fridrix Fransisklə evləndirildi. Cütlüyün 8 övladı doğuldu.

Ölü doğulan bir qız uşağı (7 may 1776) Ölü doğulan bir oğlan uşağı (11 may 1777) Şahzadə Fridrix Lüdovik (13 iyun 1778 - 29 noyabr 1819) Şahzadə Luiza Şarlotta (19 noyabr 1779 - 4 yanvar 1801) Şahzadə Qustav Vilhelm (31 yanvar 1781 - 10 yanvar 1851) Şahzadə Karl Avqust Kristian (2 iyul 1782 - 22 may 1833) Şahzadə Şarlotta Frederika (4 dekabr 1784 - 13 iyul 1840) Şahzadə Adolf Fridrix (18 dekabr 1785 - 8 may 1821)

Ərinin 1785-ci ildə taxta çıxmasının ardından Meklenburq-Şverin hersoginyası ünvanını aldı. Napoleon müharibələri dövründə Meklenburq-Şverin mülkü fransızlar tərəfindən işğal edildi və digər ailə üzvləriylə birlikdə 22 dekabr 1806-cı ildə sürgün edildi. Cəmi 1 il davam edən bu sürgün boyunca Holşteyndə qaldılar.

1 yanvar 1808-ci ildə Ludviqslustda vəfat etdi. Cənazəsi sarayın arxasında inşa olunan xüsusi mavzoleyə dəfn olundu və bura özündən sonra vəfat edən ailə fərdlərinin də dəfn yerinə çevrildi.

Mənbə

Ədəbiyyat

А. Данилова. Невесты великого князя цесаревича Павла Петровича // Русские императоры, немецкие принцессы. Династические связи, человеческие судьбы. — М.: Изографус, ЭКСМО-Пресс, 2002. — С. 136—145. — 320 с. — 8000 экз. — ISBN 5-94661-004-X

İstinadlar

Kateqoriya:Meklenburq-Şverin sülaləsi