Meklenburq-Şverinli Yelizaveta Aleksandrina (; ) — Böyük Meklenburq-Şverin hersoqu II Fridrix Fransiskin qızı, Böyük Oldenburq hersoginyası.

10 avqust 1869-cu ildə Şverində dünyaya gəldi. Atası Böyük Meklenburq-Şverin hersoqu II Fridrix Fransisk, anası isə onun üçüncü xanımı olan alman əsilzadəsi Şahzadə Mariyadır.

24 oktyabr 1896-cı ildə Böyük Oldenburq hersoqu II Pyotrun oğlu vəliəhd-şahzadə Fridrix Avqustla evləndirildi. Cütlüyün bu nigahdan 5 övladı.

Nikolay von Oldenburq Fridrix Avqust (25 mart 1900), doğulduğu gün vəfat etdi. Aleksandrina (25 mart 1900), doğulduğu gün vəfat etdi. İnqeborq Aliks von Oldenburq (1901-1996) Altburq Mariya Matilda Olqa von Oldenburq (1903-2001) Ərinin 1900-cü ildə taxta çıxmasının ardından Böyük Oldenburq hersoginyası ünvanını aldı. Ancaq cütlük xoşbəxt deyildi və Yelizaveta Aleksandrina bəzi şəxslərlə nigahdan kənar eşq yaşamaqda idi. 1909-cu ilin baharında II Fridrix Avqust xanımına dəlilik diaqnozu qoydurdu və onu İsveçrədəki, ardından Frankfurtdakı bir sanatoriyaya göndərdi. Bir il sonra bağışlansa da, övladlarını görməyi qadağan edildi və Şverindəki bir qəsrdə göz həbsində saxlanıldı.

Ərinin səltənəti illərində Birinci Dünya müharibəsi başladı və bu müharibədə digər alman dövlətləri kimi Oldenburq da Almaniya cəbhəsində vuruşdu. Ancaq müharibənin sonunda başlayan Alman inqilabı nəticəsində əri taxtdan əl çəkdirildi və 20 il davam edən sürgün illərində Oldenburq ailəsinə başçılıq etdi. Ərinin vəfatının ardından 24 il boyunca dul qaldı və 3 sentyabr 1955-ci ildə Şaumburq qəsrində vəfat etdi.

Mənbə

Ədəbiyyat

Bernd Kasten: Eine ungetreue Frau – Großherzogin Elisabeth von Oldenburg (1869–1955). In: Derselbe (Hrsg.): Prinz Schnaps. Schwarze Schafe im mecklenburgischen Fürstenhaus. Hinstorff, Rostock 2009, ISBN 978-3-356-01334-4 Bernd Kasten: Großherzogin Elisabeth von Oldenburg (1869–1955), geb. Herzogin von Mecklenburg. In: Oldenburger Jahrbuch. Isensee, Oldenburg 2024, ISBN 978-3-7308-2179-4

İstinadlar Kateqoriya:Meklenburq-Şverin sülaləsi Kateqoriya:Almanlar