thumb|508x508px|Angelar, Slivniş monastırı, Şimali Makedoniya, 17-ci əsr. Angelar Ohridli (, ; ) — Böyük Moraviya və Pannoniyada müqəddəs bərabər həvarilər Kiril və Mefodinin şagirdi və tərəfdaşı. O, slavyan maarifçiləri və onların ən yaxın şagirdləri — Ohridli müqəddəslər Kliment və Naum, Qorazd və Savvadan (bəzən sonuncunun əvəzinə Lavrentinin adı çəkilir) ibarət "Yeddi müqəddəs" qrupunun bir hissəsidir. Angelar haqqında bioqrafik məlumatlar çox azdır və onun ömrünün son ilinə aiddirlər.
Həyatı Qərb xristian dünyası üçün daha tipik olan onun adından belə nəticəyə gəlmək olar ki, Angelar, ehtimal ki, Böyük Moraviya və ya Pannoniyadan idi. Müqəddəs Klimentin həyatından bəhs edən əsərlərdə Kiril və Mefodinin xüsusilə seçilən şagirdləri arasında Angeların yer alması onu göstərir ki, o, ən azı Mefodinin arxiyepiskopluq dövründə Moraviya missiyasının ədəbi və tərcümə işlərində fəal iştirak edirdi, baxmayaraq ki, onun müəllif olduğu konkret əsərlər məlum deyil. Əsərdə Angeların mənsəbi haqqında məlumat yoxdur.
885-ci ildə Mefodinin ölümündən sonra Angelar, Qorazd, Kliment və Naum frank yepiskopu Vixinq və şahzadə I Svyatopolkun əmri ilə həbs edilən və məhbusların qandallarının möcüzəvi şəkildə üç dəfə qırıldığı slavyan ruhanilərə dönürlər. Həbsxanadan azad edildikdən (Qorazd istisna olmaqla) sonra onlar vəhşicəsinə döyülmüş, çılpaq soyundurulmuş və onları daim ölümlə hədələyən alman əsgərlərinin müşayiəti ilə Böyük Moraviya paytaxtı Velehraddan qovuldular.
Onlar böyük çətinlik və məşəqqətlə Sirmiyaya (indiki Sremska Mitrovitsa) çatdılar və Dunay çayını keçərək o dövrdə Bolqarıstan sərhəd qalası olan Belqrada çatdılar. Bolqarıstanın bərabər həvari knyazı Borisin Bolqarıstanda slavyan ruhanilərinin olmasını istəməsini bilən şəhər qubernatoru (boritarkan) onları mehribanlıqla qarşıladı və tezliklə sürgünlərin zadəgan evlərdə sığınacaq tapdığı paytaxt şəhər Pliskaya yönəltdi. Angelar boyar Çeslavın evində məskunlaşdı, lakin tezliklə çəkdiyi əzab və çətinliklərdən vəfat etdi. Onun dəfn olunduğu yer məlum deyil.
Ehtiram edilməsi Təqvimlərdə şəxsi həyatı, xidməti, anım günü, eləcə də ayrıca ehtiram edilmə ənənəsi və ya ikonoqrafiyası (Yeddi müqəddəslərindən ayrı) mövcud deyil. Görünən odur ki, məhz buna görə də Angeların adı orta əsr slavyan dünyasında o qədər də geniş yayılmamışdır.
Ohriddə Angeların ehtiram edilməsi, onun adının Ohridli müqəddəs Klimentin tərcüməyi-hal əsərində qeyd olunmasına əsaslanır.