Nikolay Qavriloviç Şmatko () — Ukrayna heykəltəraşı, rəssam.
İki oğlu ilə birgə Ukraynada fəaliyyət göstərir.
250-dən artıq işin (barelyef, horelyef, heykəl) və 500-ə yaxın şəklin müəllifidir.
2000-ci ildə Moskvanın Dünya İnkişafı İnstitutunun Bədii Yaradıcılıq və İncəsənət kafedrasının professoru vəzifəsinə təyin edilmişdir.
Yaradıcılığı
2004-cü ildə Nikolay Şmatkoya Svyatoqorsk Müqəddəs Ananın mərmərdən heykəlinin yaradılması tapşırılmışdır. Payızda 4,20 m hündürlükdə olan heykəlin təntənəli açılışı oldu. Heykəl Ural mərmərindən (40 ton) hazırlanmışdır.
Pravoslav kilsəsinin bərpasına verdiyi töhfələrə və Svyatoqorskda Müqəddəs Ananın heykəlinə görə Kiyev və bütün Ukraynanın Mitropoliti Vladimir tərəfindən 3-cü dərəcəli "Nestor Letopisets" ordeni ilə təltif olunmuşdur. 2007-ci ildə Ukraynada ilk dəfə olaraq "Lorenso Velikolepnıy Mediçi" ordeni ilə təltif olunmuşdur.
2005-ci ilin payızında Poltava vilayətinin Keleberda kəndində Uspensk kilsəsi yenidən tikildi. Bu kilsədə "İsanın çarmıxa çəkilməsi" heykəli qoyuldu.
Nikolay Qavriloviç öz yaradıcılığı haqqında belə deyir: "Mən heç vaxt heç kəsin sözü ilə oturub-durmamışam, siyasi sifarişlər yerinə yetirməmişəm. Yaltaqlığa, yalana alçalmamışam, mən yalnız ürəyim istəyən işləri görmüşəm, odur ki, hakim dairələr məni sevmirlər. Ona görə xaricə getmək fikrindəyəm".
thumb|240px|Svyatoqorskda Müqəddəs Ananın heykəli
Sərgilər
1985—1991: "Şmatko və oğulları" qalereyası, Bolqrad, Odessa 1991—2003: "Şmatko və oğulları" qalereyası, Krasnıy Luç, Luqansk 1992: Luqansk 1993: Kiyev 2000: Moskva 2003: Donetsk 2003—2004: "Şmatko və oğulları" qalereyası, Slavyansk, Donetsk 2004—2010: "Şmatko və oğulları" qalereyası, Luqansk 2007: Biennale 2007, Florensiya, İtaliya 2009: Biennale 2009, Florensiya, İtaliya 2012: Art Monaco 2012, Monaсо, Fransa
İstinadlar
Xarici keçidlər
Мраморная скульптура Николая Шматько The official website of HRH Princess Basmah Bint Saud. A Sculpture has been made in honour of HRH Princess Basmah "Сегодня": Италия ждет апостолов Шматько "День": Скульптор из подземелья Николай Шматько "Факты": Чиновники заявили, что поездка на Биеннале — мое частное дело. но награду я завоевал не для себя, а для всей Украины "Зеркало недели": Человек из мрамора "Сегодня": Бродский хочет купить голую Юлю для Шуфрича "Факты": "Я 13 лет жил в подземелье", — говорит скульптор-самородок Николай Шматько, которого сегодня называют "Королем мрамора" Тимошенко войдет в историю обнаженной "Голос України" - газета верховної ради України: Микола Шматько: "Прообразами апостолів стали реальні люди"
Kateqoriya:Ukraynalı rəssamlar Kateqoriya:Ukrayna heykəltaraşları Kateqoriya:SSRİ rəssamları Kateqoriya:SSRİ heykəltaraşları Kateqoriya:Erotik incəsənət xadimləri Kateqoriya:Ukrayna rəssamları