Kembricli Mariya Adelayd Vilhelmina Yelizaveta (; ) — Kembric hersoqu Adolf Frederikin qızı, Tek hersoginyası.

Həyatı 27 noyabr 1833-cü ildə Hannoverdə dünyaya gəldi. Atası Britaniya kralı III Georqun oğlu Kembric hersoqu Adolf Frederik, anası isə Hesse-Kassel landqrafı II Frederikin nəvəsi Avqusta Vilhelminadır. 9 yanvar 1834-cü ildə vəftiz edildi və əmisi IV Vilhelmlə xanımı Kraliça Adelayd, bibiləri Hesse-Hamburq landqrafinyası Yelizaveta, Qloster və Edinburq hersoginyası Mariya onun vəftiz valideynləri oldu. İlk uşaqlıq illəri atasının vəzifə yeri olan Hannoverdə keçdi. 1837-ci ildə ailəsiylə birlikdə İngiltərəyə döndü. Ertəsi il ilk monarxial mərasimi olan Kraliça Viktoriyanın tacqoyma mərasiminə qatıldı.

İtaliya kralı II Viktor Emanuellə evləndirilməsi müzakirə edilsə də, bu cəhd uğursuz oldu. Uels şahzadəsi Eduard və xanımı Aleksandranın səyləriylə, kiçik alman zadəganı Tek hersoqu Fransisklə evləndirilməsi müzakirə edildi. Cütlüyün dəvətiylə, gənc alman şahzadəsi 6 mart 1866-cı ildə Britaniyaya səyahət etdi və burada Mariya Adelaydla tanış oldu. Bir ay sonra nişanlanan cütlüyün toy mərasimi 12 iyun 1866-cı ildə Surreydəki Müqəddəs Anna kilsəsində baş tutdu. Cütlük Britaniyada yaşamağa qərar verdilər və Kensinqton sarayında məskunlaşdılar. Cütlüyün bu nigahdan 4 övladı doğuldu.

Mariya (1867-1953) Adolf (1868-1927) Fransisk (1870-1910) Aleksandr (1874-1957)

Gəlir azlığına baxmayaraq ailə bahalı həyat tərzi və israfçılığı ilə tanınırdı. 1883-cü ildə borclarını azaltmaq məqsədilə ailə bir müddət Almaniya və Avstriyadakı qohumlarının saraylarında məskunlaşdılar. 1885-ci ildə Londona dönən cütlük xeyriyyə işləriylə məşğul oldu. Gənclik illərindən bəri həddindən artıq çəkisiylə məşhurlaşmışdı. Ancaq yaşlandıqca bu onun sağlamlığı üçün ziyanlı oldu. 1897-ci ilin aprelində fəqərə yırtığı diaqnozu qoyuldu. Tibbi müdaxilənin ardından Kraliça Viktoriyanın Almas yubileyi şənliklərinə qatıldı. Ancaq oktyabr ayında yenidən xəstələndi və 27 oktyabr 1897-ci ildə ikinci əməliyyatın ardından vəfat etdi. 3 noyabrda Vindzor qalasındakı Müqəddəs Corc kilsəsinə dəfn olundu.

Mənbə

Ədəbiyyat

(a biography of George V) Queen Sophie (consort of William III, King of the Netherlands) (1989). A Stranger in The Hague: The Letters of Queen Sophie of the Netherlands to Lady Malet, 1842–1877. Duke University Press. p. 169. ISBN 9780822308119 Wilson, A. N. (2014). Victoria: a Life (First US ed.). New York: Penguin Press HC. p. CXCV. ISBN 978-1594205996 Ridley, Jane (2014). The Heir Apparent: a Life of Edward VII, the Playboy Prince (Digital ed.). New York: Random House. ISBN 978-0812972634 Nash, Michael L. (2017). Royal Wills in Britain from 1509 to 2008. Springer. p. 217. ISBN 9781137601452 Weir, Alison (1996). Britain's Royal Families: The Complete Genealogy (revised edition). Pimlico, London: Random House. ISBN 978-071267448-5

İstinadlar