Saksen-Altenburq () — 1603-1675 və 1826-1918-ci illərdə indiki Almaniyada mövcud olmuş tarixi dövlət.
Tarixi
İlk yaradılışı 7 iyul 1602-ci ildə Saksen-Veymar hersoqu I Fridrix Vilhelm vəfat etdi və öz oğulları azyaşlı olduğu üçün qardaşı II İohann taxt-taca sahibləndi. Ancaq bu vəziyyətdən narazı qalan əsilzadələr ertəsi il azyaşlı İohannın adından taxt iddiası qaldırdılar. Dövlət işlərindən uzaq olan əmisi isə bu etirazlara cavab olaraq 1603-cü ildə Saksen-Altenburq bölgəsini ata mülkü olaraq qardaşı oğluna təslim etdi. Beləcə, Saksen-Altenburq hersoqluğunun əsası qoyuldu.
İohann Filippin ölümündən sonra taxt-tac onun qardaşı II Fridrix Vilhelmə qaldı. Onun ölümündən sonra isə oğlu III Fridrix Vilhelm səltənəti təhvil aldı. Ancaq nəslin kişi şəcərəsi sonlandığı üçün 1672-ci ildə taxt-tac İohann Filippin kürəkəni olan Saksen-Qota hersoqu I Ernestə qaldı.
I Ernestin vəfatından sonra isə 1675-ci ildə Saksen-Altenburq və Saksen-Qota taxt-tacı birləşərək Saksen-Qota-Altenburq hersoqluğu adını aldı.
İkinci yaradılışı 1825-ci ildə son Saksen-Qota-Altenburq hersoqu IV Frederik geridə varis qoymadan vəfat etdi. Alınan razılığa görə onun mülkləri Saksen-Koburq-Zaafeld hersoqu Ernest və Saksen-Hildburqhauzen hersoqu Frederik tərəfindən bölüşdürüldü. Ancaq imzalanan şərtnaməyə görə, 17 noyabr 1826-cı ildə Saksen-Hildburqhauzen ünvanı ləğv edildi və Saksen-Altenburq hersoqu ünvanı yenidən bərpa olundu.
Onun vəfatından sonra taxt-tac oğulları Jozef və Georqa, onların vəfatından sonra isə sonuncunun oğlu I Ernest və nəvəsi II Ernestə qaldı. Birinci Dünya müharibəsinin ardından digər alman monarxiyaları kimi, Saksen-Altenburq hersoqluğu da ləğv edildi. 13 noyabr 1918-ci ildə II Ernest könüllü olaraq taxtdan çəkildiyini elan etdi.
Beləcə, Saksen-Altenburq hersoqluğu tarixə qarışdı.
Hersoqların siyahısı
Birinci dövr (1603-1675)
İohann Filipp (1603-1639) II Fridrix Vilhelm (1639-1669) III Fridrix Vilhelm (1669-1672) I Ernest (1672-1675)
İkinci dövr (1826-1918)
Frederik (1826-1834) Jozef (1834-1848) Georq (1848-1853) I Ernest (1853-1908) II Ernest (1908-1918)
İnzibati sistem
1 aprel 1990-cı ilə qədər Saksen-Altenburq iki əraziyə bölünmüşdü: Qərb dairəsi () Şərq dairəsi ()
1990-cı il aprelin 1-dən isə Saksen-Altenburq üç əyalət ərazisinə bölünmüşdür: Altenburq Ronneburq Roda (Anklav)
Hüquq sistemi
Ən yüksək məhkəmə Yustiz-kolleqiya (), birinci instansiya məhkəmələri isə Yustiz-amt hesab olunur ().
Mənbə
Blaschke, Karlheinz (2002). "Die Leipziger Teilung der wettinischen Länder von 1485". Beiträge zur Verfassungs- und Verwaltungsgeschichte Sachsens: Ausgewählte Aufsätze von Karlheinz Blaschke. Leipzig: Leipziger Universitätsverlag. pp. 323–335 Tebruck, Stefan (2005). "Zwischen Integration und Selbstbehauptung: Thüringen im wettinischen Herrschaftsbereich". Fragen der politischen Integration im mittelalterlichen Europa. Ostfildern: Jan Thorbecke Verlag. pp. 375–412, 589–591 Wilson, Peter H. (2016). Heart of Europe: A History of the Holy Roman Empire. Cambridge: Harvard University Press Kateqoriya:1826-cı ildə yaranmış dövlətlər və ərazilər Kateqoriya:Almaniya imperiyası