II Ernest Frederik (; ) — Saksen-Hildburqhauzen hersoqu.

Həyatı 17 dekabr 1707-ci ildə Hildburqhauzendə dünyaya gəldi. Atası Saksen-Hildburqhauzen hersoqu Ernestin oğlu vəliəhd-şahzadə Ernest Frederik, anası isə Erbaxlı Sofiya Albertinadır. Doğulduğu əsnada hələ babası taxtda idi. Onun 1715-ci ildə vəfatından sonra atası taxta çıxdı. Taxtın birinci varisi kimi Yena, Cenevrə və Utrext Universitetlərində təhsil aldı. 1722-ci ildə atasının rəsmi təmsilçisi kimi Fransaya göndərildi və burada XV Lüdovikin tacqoyma mərasiminə qatıldı.

Atasının vəfatından sonra 1724-cü ildə taxta çıxdı. Hələ 16 yaşında olduğu üçün anası naibə olaraq seçildi və 1728-ci ilədək oğlunun mülklərini idarə etdi. Bu dövrdə evlilik üzrə müzakirələr aparıldı. Nəticədə 19 iyun 1726-cı ildə Erbaxlı Karolina ilə evləndi. Cütlüyün bu nigahdan 4 övladı doğuldu.

III Ernest Frederik (1727-1780) Frederik Avqust (1728-1735) Frederik Vilhelm (1730-1795) Sofiya Amaliya (1732-1799)

Taxta çıxdığı əsnada dövlət xəzinəsi boş idi və xeyli borclanmışdı. Bu səbəblə, 1729-cu ildə vaxtilə babası tərəfindən təsis edilən gimnaziyanı bağlamağa məcbur oldu. Bölgədəki ticarəti canlandırmaq üçün 1730-cu ildə əksəriyyəti tacir olan yəhudiləri qoruyan xüsusi fərman imzaladı.

1733-cü ildə Vyanaya yollandı və polkovnik rütbəsilə Müqəddəs Roma imperatoru VI Karlın ordusunda xidmətə başladı. Uzun illər imperiya ordusunda xidmət etdikdən sonra fiziki və əqli sağlamlığının pozulması səbəbilə vətənə qayıtdı.

13 avqust 1745-ci ildə Hildburqhauzendə vəfat etdi.

Mənbə

Ədəbiyyat

Johann Samuel Ersch (Hrsg.): Allgemeine Encyclopädie der Wissenschaften und Künste, 1. Sektion, 37. Teil, Leipzig, 1842, S. 300 (Digitalisat) Oliver Heyn: Das Militär des Fürstentums Sachsen-Hildburghausen (1680-1806) (=Veröffentlichungen der Historischen Kommission für Thüringen, Kleine Reihe, Bd. 47), Köln, Weimar, Wien 2015 Oliver Heyn: Militärisches Prestige und finanzielle Absicherung. Die Herzöge von Sachsen-Hildburghausen im Dienst der Vereinigten Niederlande (1680-1760), in: Zeitschrift für Thüringische Geschichte 71 (2017), S. 45–72. Rudolf Armin Human: Chronik der Stadt Hildburghausen, Hildburghausen, 1886 Heinrich Ferdinand Schoeppl: Die Herzoge von Sachsen-Altenburg. Bozen, 1917, Neudruck Altenburg, 1992

İstinadlar