Mirzə Mehdi Naci () — XIX əsrdə Gəncədə yaşayıb-yaratmış tanınmış təbib, şair, nəqqaş-xəttat.

Həyatı O, 1805-ci ildə Gəncədə doğulmuşdur. "Divani-hikmət"in fəalüzvlərindən olan Naci dövrünün tanınmış şairi, xalq təbabətini gözəl bilən həkimi həm də mahir həkkak-xəttatı olmuşdur. Onun hazırladığı gözəl ornamentli qəbir daşları indi də Gəncə qəbiristanlığında qalmaqdadır. Naci Qarabağ, Şəki, Qazax, Şamaxı şairləri ilə yaxından əlaqə saxlamış, tez-tez onlarla məktublaşmışdır. O, 1882-ci ildə Gəncədə vəfat etmiş, şəhərin İmamzadə türbəsində, hələ sağlığında özü üçün hazırladığı məqbərədə dəfn edilmişdir. İmamzadə kompleksində onun sağlığında özü üçün düzəltdiyi və başqalarına yazdığı başdaşılara rast gəlmək mümkündür.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan dilində yazan şairlər Kateqoriya:XIX əsr şairləri