Zeynəb xanım Bulqakova () — Krım tatar maarifçisi, Rusiya İmperiyasında tibb dərəcəsi alan ilk müsəlman qadın idi.
Bioqrafiya Zeynəb xanım Bulqakova 1870-ci ildə Rusiya İmperator Ordusu zabiti Temirşah (Teymurşah) Bulqakov və Nigar xanımın ailəsində anadan olub. O, zadəgan bir ailədən idi.
O, Sankt-Peterburqdakı Smolnı Soylu Qızlar İnstitutunda təhsil almışdır. Nəvəsi Rəna Tağızadənin xatirələrinə görə, Zeynəb Bulqakova İmperatriça Mariya Feodorovnanın sevimlisi idi.
İnstitutu bitirdikdən sonra Sankt-Peterburqdakı Ali Qadın Tibb Kurslarına daxil oldu və bu təhsil müəssisəsinin ilk tələbələrindən biri olub. 1897-ci ilin sentyabrında görkəmli Krım tatar maarifçisi İsmayıl Qaspıralı bu fakt barədə özünün "Tərcüman" qəzetində yazaraq müsəlman qadının həkim kimi yetişdirilməsini Krım tatarları üçün böyük nailiyyət adlandırmışdır.
Zeynəb xanım Sankt-Peterburqda Qarabağdan olan, Texnologiya Universitetində mühəndis olaraq təhsil alan Rüstəm bəy Sultanovla tanış olub. Onlar evləndikdən sonra Azərbaycana köçüblər. Üç qızları dünyaya gəlib: Dilarə, Diləfruz və Nigar-Bəyim.
Ailə 1937–1938-ci illər repressiyalarından sağ çıxdı. Zeynəb xanım Bulqakova ömrünün sonuna qədər Krım üçün darıxıb. Onun Bakıda yaşayan nəticəsi Rəna Tağızadə ulu nənəsinin fotoşəkillərini və xatirələrini qoruyub saxlayıb.
Zeynəb xanım Bulqakova 12 iyul 1957-ci ildə Rusiyanın Ryazan şəhərində vəfat edib.
Baxışlar Zeynəb xanım Bulqakova öz dövrünün mütərəqqi qadını, "qadının məqsədinin yalnız mətbəxdə olmadığına" inanan bir maarifçi idi.
Qeydlər
İstinadlar
Kateqoriya:Şəxslər:Krım