Qasım ibn Məin ibn Əbdürrəhman əl-Məsudi əl-Xuzəli əl-Kufi (; ) — Hənəfi fəqihi, mühəddis, şair və Kufə qazısı. Əbu Hənifənin tələbəsi.

Bioqrafiyası Səhabə Abdullah ibn Məsudun nəslindəndir. Onun doğum tarixi naməlum olsa da, 791-ci ildə öldüyü məlumdur.

O, Əməş, Asim əl-Əhvəl, Hişam ibn Urvə və başqalarından hədis təhsili almış, hədis rəvayət etmiş və Əbu Hənifədən fiqh təhsili almışdır.

İbn Səd, Əhməd ibn Hənbəl, Əbu Hətim və Əbu Davud onu "saduq" və "siqa" hesab etmişlər. Onun rəvayət etdiyi hədislərə "Kütübi-Sittə"nin tərkibinə daxil olan sünənlərdə yer verilmişdir.

Qasım ibn Məin "ən-Nəvadir" və "Qəribül-Müsənnəf" adlı əsərlərin müəllifidir.

Həmçinin bax Hənəfilərin siyahısı

İstinadlar

Kateqoriya:Hənəfilər