Balokko — İtaliyanın Pyemont regionunda, Verçelli əyalətində yerləşən şəhər və bələdiyyədir. Turin şəhərindən təxminən 60 km şimal-şərqdə, Verçellidən isə təxminən 20 km şimal-qərbdə yerləşir. 31 dekabr 2004-cü ildə əhalisi 273 nəfər, sahəsi isə 16,7 km² idi.Demoqrafik və digər statistik məlumatlar: İtaliya Milli Statistika İnstitutu (ISTAT). Burada Balokko qalası və Balokko avtomobil sınaq poliqonu yerləşir.

Balokko, Buronzo, Karizio, Formilyana, San Cakomo Verçellese və Villarboyt bələdiyyələri ilə həmsərhəddir.

Demoqrafik inkişaf

İqtisadiyyatı

Balokkoda əsas iqtisadi fəaliyyət kənd təsərrüfatıdır. Ərazidə əsasən düyü, qarğıdalı və buğda yetişdirilir. Yaxınlıqdakı avtomagistral sənaye müəssisələrinin burada yerləşməsinə şərait yaratmışdır.

Balokko avtomobil sınaq poliqonu

Balokko FCA Italy şirkətinin əsas avtomobil sınaq mərkəzlərindən birinin yerləşdiyi yerdir. Balokko sınaq poliqonu 1960-cı illərin əvvəllərində yeni avtomobilləri, prototipləri və yarış avtomobillərini sınaqdan keçirmək məqsədilə Alfa Romeo tərəfindən inşa edilmişdir. Poliqonda həmçinin klub tədbirləri və avtomobil yarışları ilə bağlı müxtəlif tədbirlər keçirilir. Sınaq poliqonunun sahəsi 5.000.000 m²-dən çoxdur və burada müxtəlif tipli sınaq yollarının ümumi uzunluğu 65 km-dən artıqdır.

İstinadlar

Xarici keçidlər

The Balocco track

Kateqoriya:İtaliya şəhərləri Kateqoriya:Alfa Romeo Kateqoriya:İtaliya kommunaları Kateqoriya:Pyemontun şəhər və qəsəbələri Kateqoriya:Verçelli əyalətinin kommunaları