Birinci Konqo müharibəsi (fr. Première guerre du Congo)— 1996–1997-ci illərdə baş vermiş müharibədir. Bu müharibə zamanı Uqanda və Ruanda tərəfindən dəstəklənən, Loran Kabilanın rəhbərlik etdiyi üsyançılar Zair prezidenti Mobutunu hakimiyyətdən devirdilər. Üsyançılar paytaxt Kinşasanı ələ keçirdikdən sonra Zairin adı Konqo Demokratik Respublikası olaraq dəyişdirildi. Zairdə daxili böhran Etnik mənsubiyyətinə görə ngbandi olan Mobutu 1965-ci ildə Konqoda hakimiyyətə gəldi və antikommunist baxışlarına görə ABŞ hökumətinin dəstəyindən istifadə edirdi. Lakin onun avtoritar idarəçiliyi Zairi parçalanma həddinə çatdırdı. Bunun bariz göstəricilərindən biri 1960–1997-ci illər ərzində ölkənin ÜDM-nin 65% azalması idiGondola, Ch. Didier. The History of Congo. Westport: Greenwood Press, 2002. p. 6. Soyuq müharibə başa çatdıqdan sonra ABŞ Mobutuya dəstəyini dayandırdı və diqqətini Ruandada Pol Kaqame və Uqandada Yoveri Museveni də daxil olmaqla, «Afrikanın yeni nəsil liderləri» adlandırdığı şəxslərə yardım göstərməyə yönəltdiKennes, Erik. «The Democratic Republic of the Congo: Structures of Greed, Networks of Need.» Rethinking the Economics of War. Ed. Cynthia J. Arnson and I. William Zartman. Washington, D.C.: Woodrow Wilson Center, 2005. p. 147.

1990-cı illərdə bütün Afrikanı «demokratikləşmə» dalğası bürüdü. Ölkə daxilində və xaricdən göstərilən ciddi təzyiqlər nəticəsində Mobutu əhaliyə islahatlar aparacağına söz verdi. O, 1967-ci ildən bəri mövcud olan təkpartiyalı sistemi rəsmən ləğv etdi, lakin sonda genişmiqyaslı islahatlar aparmaq fikrindən vaz keçdi. Bununla da həm ölkə daxilində, həm də xaricdə onu dəstəkləyən sonuncu müttəfiqlərini özündən uzaqlaşdırdı.

Zairin iqtisadiyyatı tamamilə dağılmışdı, əhali isə, mahiyyət etibarilə, natural təsərrüfata qayıtmışdıKennes, Erik. «The Democratic Republic of the Congo: Structures of Greed, Networks of Need.» Rethinking the Economics of War. Ed. Cynthia J. Arnson and I. William Zartman. Washington, D.C.: Woodrow Wilson Center, 2005. p. 157. Maaşları ödənilməyən Zair Milli Ordusu (ZMO) faktiki olaraq cinayətkar fəaliyyətlə məşğul olur, insanları oğurlayaraq onların azad edilməsi müqabilində fidyə tələb edirdi. İddialara görə, Mobutu bir dəfə «Frankfurter Allgemeine» qəzetinə verdiyi müsahibədə belə demişdi: «Əsgərlərə silah verildiyi halda, onlara nə üçün maaş ödəmək lazımdır?!»

Mərkəzi hökumətin zəifliyini nəzərə alan üsyançı qruplar Zairin şərq əyalətlərində toplaşmağa başladılar. Müxalifətə özlərini Patris Lumumbanın davamçıları elan edən solçular, eləcə də əyalətlərin muxtariyyətinin genişləndirilməsini tələb edən etnik və regional azlıqlar daxil idi. Onların lideri Katanga əyalətindən olan, etnik mənsubiyyətinə görə luba xalqına aid Loran-Dizire Kabila idi. O, əvvəllər separatçı üsyanlar qaldırmış və Mobutunun rejimi qurulduğu vaxtdan etibarən onunla münaqişədə olmuşduGribbin, Robert E. In the Aftermath of Genocide: the U.S. Role in Rwanda. New York: IUniverse, 2005. p. 190. Mobutu rejiminin şərq əyalətlərindəki üsyançı hərəkatları yatırmaq iqtidarında olmaması, nəticədə, bu qrupların birləşməsinə şərait yaratdı. thumb|Zairdəki Ruanda qaçqın düşərgəsi, 1994-cü il Etnik gərginliklər Zairin şərq hissəsində müxtəlif etnik qruplar arasında gərginlik əsrlər boyu mövcud olmuşdur. Bu gərginlik, xüsusilə, Zairin əkinçiliklə məşğul olan əhalisi ilə müxtəlif dövrlərdə Ruandadan köç etmiş yarımköçəri tutsi xalqı arasında özünü göstərirdiVlassenroot, Koen. «Conflict & Malitia Formation in Eastern Congo.» Ed. Preben Kaarsholm. Violence, Political Culture & Development in Africa. Athens: Ohio UP, 2006. 49-65. p. 53. Konqonun şərq hissəsində yaşayan tutsilərlə yanaşı, onların xeyli hissəsi Belçikanın müstəmləkə hakimiyyəti dövründə və 1959-cu ildə Ruandada hutuların hakimiyyətə gəlməsindən sonra Zairin şərqinə köçmüşdüLemarchand, René. The Dynamics of Violence in Central Africa. Philadelphia: University of Pennsylvania, 2009. p. 32.

1960-cı ildə Konqo müstəqillik qazanana qədər Zairə köçmüş bütün tutsilər «banyamulenge» — «Mulengedən olanlar» adlandırılmağa başladılar və Zair vətəndaşları hesab edilirdilərVlassenroot, Koen. «Citizenship, Identity Formation & Conflict in South Kivu: The Case of the Banyamulenge». Review of African Political Economy. 2002. 499—515.. Müstəqillik əldə edildikdən sonra Zairə köçən tutsilər isə «banyarvanda» adlandırılırdı. Banyamulengelər onları çox vaxt yadellilər hesab edirdilər.

Mobutu 1965-ci ildə hakimiyyətə gəldikdən sonra şərqi Zairdə siyasi hakimiyyəti banyamulengelərə verdi. O, azlıq təşkil edən bu qrupun mümkün müxalifəti sərt şəkildə yatıracağını düşünürdüAutesserre, Severine. «The Trouble With Congo: How Local Disputes Fuel Regional Conflict.» Foreign Affairs. 2008. 87(3). 94-110.. Bu siyasət etnik gərginliyi daha da artırdı və bir sıra zorakılıq hadisələrinə səbəb oldu. 1963–1966-cı illərdə Şimali Kivuda yaşayan hunde və nande etnik qrupları həm tutsi, həm də hutu mənşəli Ruanda köçkünlərinə qarşı mübarizəyə başladılar. Bu qarşıdurma genişmiqyaslı qırğınlarla nəticələndiLemarchand, René. The Dynamics of Violence in Central Africa. Philadelphia: University of Pennsylvania, 2009. p. 13.

1981-ci ildə Zair vətəndaşlıq haqqında məhdudlaşdırıcı qanun qəbul etdi. Bu qanun banyamulengeləri və banyarvandalıları vətəndaşlıqdan, bununla da bütün siyasi hüquqlardan məhrum edirdiLemarchand, René. The Dynamics of Violence in Central Africa. Philadelphia: University of Pennsylvania, 2009. pp. 15-16..

1993–1996-cı illərdə nunde, nande və nyanqa xalqlarının gəncləri banyamulengelərin müntəzəm hücumlarına məruz qalırdılar. Bu zorakılıqlar nəticəsində 14 000 nəfər həlak olduLemarchand, René. The Dynamics of Violence in Central Africa. Philadelphia: University of Pennsylvania, 2009. pp. 13-14.

1990-cı ildə Zair parlamenti Ruanda və Burundidən gəlmiş miqrantların, o cümlədən banyamulengelərin mənşə ölkələrinə qayıtmasını tələb etdiLemarchand, René. The Dynamics of Violence in Central Africa. Philadelphia: University of Pennsylvania, 2009. p.16. Buna cavab olaraq banyamulengelər Uqanda və Ruandada fəaliyyət göstərən tutsi üsyançı hərəkatı — Ruanda Vətənpərvər Cəbhəsi (RVC) ilə əlaqələr qurmağa başladılar. Bu əlaqələr 1991-ci ilin əvvəlində yarandıVlassenroot, Koen. «Citizenship, Identity Formation & Conflict in South Kivu: The Case of the Banyamulenge.» Review of African Political Economy. 2002. 499—515. p. 508.

Ruandada soyqırım Mobutu rejiminin böhranında həlledici hadisə Ruandada baş vermiş soyqırımı oldu. Bu hadisə qaçqınların kütləvi şəkildə ölkədən çıxmasına səbəb oldu. Soyqırımın 100 günü ərzində yüz minlərlə tutsi və onların tərəfdarları hutu silahlı dəstələri tərəfindən öldürüldü. Soyqırım Kiqalidəki hutu hökumətinin tutsi üsyançıları — Ruanda Vətənpərvər Cəbhəsi tərəfindən devrilməsi ilə dayandırıldı.

Soyqırımdan sonra Ruandadan qaçanların təxminən 1,5 milyonu Zairin şərq hissəsində məskunlaşdıReyntjens, Filip. The Great African War: Congo and Regional Geopolitics, 1996—2006. Cambridge: Cambridge UP, 2009. p. 45. Onların arasında həm adi hutu qaçqınları, həm də tutsilərin qisasından qorxaraq Ruandadan qaçmış hutu silahlı dəstələrinin üzvləri — interahamvelər var idi.

İnterahamvelər Zairin şərqində düşərgələr yaratdılar. Bu düşərgələrdən onlar həm Ruandadan yeni gəlmiş tutsilərə, həm də yerli zairli tutsilərə — banyamulengelərə və banyarvandalılara hücum edirdilər. Bu hücumlar 1996-cı ilin ilk yarısı ərzində ayda təxminən yüz nəfərin ölümünə səbəb olurduGribbin, Robert E. In the Aftermath of Genocide: the U.S. Role in Rwanda. New York: IUniverse, 2005. p. 143.

Bundan əlavə, yeni gəlmiş silahlı qruplaşmalar Ruandada yenidən hakimiyyətə qayıtmaq niyyətində idilər və Kiqalidəki yeni rejimə qarşı silahlı basqınlar təşkil etməyə başladılarReyntjens, Filip. The Great African War: Congo and Regional Geopolitics, 1996—2006. Cambridge: Cambridge UP, 2009. p. 30. Mobutu interahamveləri tərksilah etmək və onların fəaliyyətini dayandırmaq əvəzinə, Ruandaya müdaxilə etmək məqsədilə onları silahla təchiz etməyə başladıReyntjens, Filip. The Great African War: Congo and Regional Geopolitics, 1996—2006. Cambridge: Cambridge UP, 2009. p. 18. Bu siyasət Ruandanın yeni hakimiyyətinin düşmənçiliyinə və Zairin şərqində yaşayan tutsilərin Mobutuya qarşı nifrətinin artmasına səbəb oldu.

Bundan başqa, Mobutu Anqolanın üsyançı təşkilatı UNİTA-nı fəal şəkildə dəstəkləyirdi. Bu isə Anqolanın narazılığına səbəb olurdu. Nəticədə, Mobutuya qarşı ölkə daxilindəki üsyançılardan və xaricdəki düşmən qonşu dövlətlərdən ibarət koalisiya formalaşdı. İstinadlar

Kateqoriya:1996-cı ildəki münaqişələr Kateqoriya:1997-ci ildəki münaqişələr Kateqoriya:Afrika tarixi Kateqoriya:1997-ci ildə Afrika Kateqoriya:Anqola tarixi Kateqoriya:Eritreyanın müharibələri Kateqoriya:XX əsrin müharibələri Kateqoriya:Namibiya tarixi Kateqoriya:Uqanda tarixi Kateqoriya:Vasitəçilik müharibələri Kateqoriya:Zimbabve tarixi Kateqoriya:Burundi tarixi Kateqoriya:Ruanda soyqırımı Kateqoriya:Zair