Alacritty ― Çarpaz platformalı, azad və açıq mənbəli terminal emulyatorudur. Əsas məqsədi sadə və sürətli olmaqdır. Bu səbəbdən, bir çox başqa emulyatorularda olan xüsusiyyətlərə malik deyil, məsələn: Tablar, Pəncərələr, Qrafik konfiqurasiya redaktorları, və s.

Rust proqramlaşdırma dilində yazılmışdır və başqa terminal emulyatorlarından fərqli olaraq, OpenGL kitabxanası vasitəsilə GPU ilə sürətləndirilmişdir.

Konfiqurasiya Proqram TOML formatına malik sadə bir fayl ilə konfiqurasiya olunur.

Unix-ə bənzər sistemlərdə bu fayl aşağdakı yollarda axtarılır: $XDG_CONFIG_HOME/alacritty/alacritty.toml $XDG_CONFIG_HOME/alacritty.toml $HOME/.config/alacritty/alacritty.toml $HOME/.alacritty.toml /etc/alacritty/alacritty.toml Windows əməliyyat sistemində isə yalnızca aşağıdakı yola baxılır: %APPDATA%\alacritty\alacritty.toml

Xüsusiyyətləri Vi modu – Vi editorunun qısayollarından istifadə etməklə kursoru hərəkət etdirmək və seçim etmək mümkündür. Axtarış – Ekrana çıxarılmış yazıların arasında axtarış etmək mümkündür.

İstinadlar

Xarici Keçidlər

Kateqoriya:Əlifba sırasına görə proqramlar Kateqoriya: Çarpaz platformalı azad proqram təminatı Kateqoriya: Linux üçün proqram təminatları Kateqoriya: Windows üçün proqram təminatları Kateqoriya: MacOS proqram təminatı