Türkiyənin siyasi tarixi — Atatürkün türk milli dövlətini qurması yolunda həlledici mərhələ olan Türkiyə İstiqlaliyyət müharibəsi ilə başlayır. thumb| thumb

İstiqlaliyyat müharibəsi: 1919–1923

Türkiyə İstiqlaliyyət müharibəsi, Osmanlı İmperiyasının Antanta dövlətləri tərəfindən işğalından sonra ölkənin ərazi bütövlüyünü Misaqi-milli sərhədləri daxilində qorumağı hədəfləyən, çoxcəbhəli siyasi və hərbi mübarizə idi. Münaqişə 1919-cu ildən 1922-ci ilə qədər davam etmiş, faktiki olaraq 11 oktyabr 1922-ci ildə Mudanya barışığının imzalanması ilə başa çatmış və rəsmən 24 iyul 1923-cü ildə Lozanna müqaviləsinin imzalanması ilə yekunlaşmışdır.

Türkiyə Respublikasının əsas xüsusiyyətləri Lozanna müqaviləsində də təsbit edilmişdir. Buna əsasən, öz ərazisi və xalqı ilə bölünməz bir bütöv təşkil edən Türkiyədə yaşayan və türk dövlətinə vətəndaşlıq bağları ilə bağlı olan hər kəs bərabər və eyni hüquqlara malik türk millətini təşkil edir.

Sultanlığın ləğvi və Lozanna müqaviləsindən sonra yeni dövlətin mahiyyəti Böyük Millət Məclisində ən çox müzakirə olunan məsələlərdən birinə çevrildi. Bu məsələ oktyabrın 28-dən 29-na keçən gecə – Mustafa Kamal Paşa və İsmət İnönünün dövləti respublika kimi müəyyən edən qanun layihəsini hazırlamaları ilə həllini tapdı. 29 oktyabr 1923-cü il.

Sultanlığın ləğvi və Lozanna müqaviləsinin imzalanmasından sonra Türkiyə Böyük Millət Məclisində (TBMM) ən çox müzakirə olunan məsələlərdən biri, yeni dövlətin idarəetmə forması məsələsi, 28 oktyabr Mustafa Kamal Paşa və İsmət İnönünün respublika idarəetmə formasını təsis edən qanun layihəsini hazırlamaları ilə həllini tapdı. 29 oktyabr, 1923-cü il: "Suverenlik qeyd-şərtsiz millətə məxsusdur. İdarəetmə sistemi, xalqın öz taleyini şəxsən və səmərəli şəkildə idarə etməsi prinsipinə əsaslanır. Türk dövlətinin idarəetmə forması Respublikadır. "upright=1.14|thumb|Müharibə Nazirliyindən Mustafa Kamal Paşanın 9-cu Ordu qoşunlarının müfəttişi təyin edilməsi ilə bağlı rəsmi məktub.upright=1.14|sağ|thumb|1920-ci illərdə Türkiyə Böyük Millət Məclisiprinsipi əsasında Respublika elan edildi və yeni Türk dövlətinin adı bundan sonra Türkiyə Respublikası oldu.Cumhuriyetin ilani Bu qərar ilk dəfə 30 oktyabr 1923-cü ildə "Böyük Millət Məclisi idarəetmə formamızı müəyyən edən Əsas Qanuna düzəlişləri qəbul etmiş və Türkiyə Respublikasını elan etmişdir" başlığı ilə ictimaiyyətə açıqlandı.YENİ GÜN'DE CUMHURİYET

Birpartiyalı dövr: 1923–1945 Atatürk 24 aprel 1920-ci və 13 avqust 1923-cü illərdə Türkiyə Böyük Millət Məclisinin sədri seçilmişdir. Bu vəzifə dövlət və hökumət başçısı səlahiyyətlərinə bərabər idi. 29 oktyabr 1923-cü ildə respublika elan edilmiş və Atatürk onun ilk Prezidenti seçilmişdir. Konstitusiyaya əsasən prezident seçkiləri hər dörd ildən bir keçirilirdi. TBMM Atatürkü 1927, 1931 və 1935-ci illərdə yenidən prezident seçmişdir.

Atatürk dövlət işlərini bilavasitə yerində yoxlamaq məqsədilə tez-tez ölkə daxilində səfərlər edirdi. O, çatışmazlıqlar müşahidə olunan sahələrlə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verirdi. Prezident olduğu müddətdə heç vaxt rəsmi səfərlə xaricə getməsə də, Türkiyəyə gələn xarici dövlət başçılarını, baş nazirləri, nazirləri və hərbi komandanları qəbul edirdi.

Mustafa Kamal Atatürk: 1923–1938 thumb|upright=1.14|Mustafa Kamal 1924-cü ildə Bursa xalqına müraciət edir thumb|upright=1.14|Atatürk fermerlə söhbət edir. thumb|upright=1.14|Atatürk 28 may 1936-cı ildə Hərbi Akademiyaların təlimlərində. Atatürk dövrünün daxili siyasəti islahatlar və yenilikləri əhatə edir.

Atatürk dövrünün daxili siyasəti həyata keçirilən islahatları və yenilikləri əhatə edir.

7 fevral 1923-cü ildə Balıkəsirdəki Paşa məscidində xalqa müraciətlə çıxışı zamanı "Xalq Partiyası" (Halk Fırkası) adlı bir partiya təsis etmək niyyətini açıqladı və siyasi partiyaların zəruriliyini vurğuladı. Çıxışında o, xüsusilə xalqçılıq prinsipinə əsaslanan bir partiyanın yaradılması məsələsinə diqqət çəkdi: "Xalq Partiyası, təkcə bir təbəqəni deyil, bütün milləti əhatə edir... Xalq Partiyası xalqımıza siyasi təhsil verən bir məktəb rolunu oynayacaqdır."

9 sentyabr 1923-cü ildə Mustafa Kamal Atatürk tərəfindən təsis edilən Cümhuriyyət Xalq Partiyası (CHP) Türkiyə Cümhuriyyətinin ilk hüquqi siyasi partiyasıdır. Əvvəlcə "Xalq Firqəsi" (Halk Fırkası) adlanan partiya, 1924-cü ildə keçirilən qurultayda adını "Cümhuriyyət Xalq Firqəsi"na (Cumhuriyet Halk Fırkası) dəyişdi. 1927-ci ildə partiya öz nizamnaməsinə "Cümhuriyyətçilik", "Xalqçılıq", "Millətçilik" və "Sekulyarizm" prinsiplərini daxil etdi. 1935-ci il qurultayında əvvəlki dörd prinsipə "Dövlətçilik" və "İnqilabçılıq" prinsipləri də əlavə edilərək prinsiplərin ümumi sayı altıya çatdırıldı və partiyanın adı "Cümhuriyyət Xalq Partiyası" (Cumhuriyet Halk Partisi) oldu.

Atatürk islahatları, həmçinin Atatürk inqilabları kimi də tanınır, Türkiyə Respublikasının banisi və ilk prezidenti Mustafa Kamal Atatürkün rəhbərliyi altında və hazırda Atatürk prinsipləri kimi tanınan prinsiplərə uyğun olaraq 1922–1937-ci illər ərzində həyata keçirilmiş bir sıra qanunvericilik, hüquqi, dini, mədəni, sosial və iqtisadi dəyişikliklərdir. Bu islahatların məqsədi Atatürk tərəfindən "Türkiyəni inkişaf etmiş dövlətlər səviyyəsinə yüksəltmək" kimi bəyan edilmişdi.

Respublikanın elan edilməsi, millətin idarəetmə formasını müəyyən edən Atatürkün siyasi islahatlarından biridir. 23 aprel 1920-ci ildə Türkiyə Böyük Millət Məclisinin açılışı ilə artıq milli suverenliyə əsaslanan yeni bir dövlət qurulmuşdu. Lakin Türkiyənin İstiqlal Müharibəsi davam edərkən, milli birlik və həmrəyliyi təhlükəyə atmamaq məqsədilə rejimə rəsmi ad verilməmişdi. 25 oktyabr 1923-cü ildə Türkiyə Böyük Millət Məclisində yaranan hökumət böhranından sonra mövcud idarəetmə sisteminin çatışmazlıqları daha da aşkar oldu. Nəticədə, 29 oktyabr tarixində Konstitusiyanın müvafiq maddələrinə düzəlişlər edildi və ölkənin idarəetmə forması respublika olaraq müəyyən edildi.

Respublikanın elan edilməsi Atatürk ilə onun silahdaşları arasında fikir ayrılıqlarına və nəticə etibarilə mənfi reaksiyalara səbəb oldu. Bu fikir ayrılıqları Cümhuriyyət Xalq Partiyasına qarşı ilk müxalifət hərəkatının yaranmasına yol açdı. Bu prosesin ardınca, Milli Mübarizə dövründə Mustafa Kamal Paşanın yanında yer almış və onu dəstəkləmiş Kazım Qarabəkir, Əli Fuad Cəbəsoy, Rəfət Bələ, Rauf Orbay və Adnan Adıvar kimi tanınmış sərkərdə və şəxsiyyətlər "Tərəqqipərvər Cümhuriyyət Firqəsi" adlı yeni bir partiya təsis etdilər.

1930-cu illər dünya tarixində həlledici bir dövr idi. Avropada faşizm yayıldığı bir vaxtda, Türkiyənin şərq qonşusu olan SSRİ-də də sosialist idarəetmə sistemi totalitar və mərkəzləşdirilmiş şəkildə genişlənirdi. Qlobal iqtisadi böhran əhali üzərində artan təsirini davam etdirirdi. Türkiyə iqtisadi böhranı aradan qaldırmaq və sürətli inkişafa nail olmaq məqsədilə dövlətçilik siyasətini qəbul etmişdi.

İsmət İnönü: 1938–1950 upright=1.36|thumb|23 iyun 1939-cu ildə Prezident İsmət İnönü Hatayda. Atatürkün vəfatından sonra 11 noyabr 1938-ci ildə prezident seçilən İnönü, dövlət başçılığı ilə yanaşı CHP-nin də sədrliyini öz üzərinə götürərək idarəetmədə geniş səlahiyyətlərə sahib oldu.

26 dekabr 1938-ci ildə çağırılmış CHP-nin Üçüncü Böyük Qurultayında İsmət Paşa daimi sədr elan edildi.

İkinci Dünya Müharibəsi dövründə (1939–1945) İnönü ölkəni müharibədən kənarda saxlamağa çalışırdı. Müharibə illərinin iqtisadi və sosial çətinlikləri həmin dövrün davamlı bir mirası kimi qalmışdı.

İkinci Dünya Müharibəsi dövründə İnönü ölkəni müharibədən kənarda saxlamağa çalışırdı. Müharibə illərinin iqtisadi və sosial çətinlikləri həmin dövrün davamlı bir mirası kimi qalmışdı. Çox sayda gənclərin müharibəyə cəlb edilməsi və zəruri mallardan ibarət böyük dövlət ehtiyatlarının saxlanılması ölkə daxilində kəskin çatışmazlığa və qiymətlərin sürətlə artmasına səbəb oldu. Hökumət bu dövrdə yoxsulluqla fəal mübarizə aparsa da, əhalinin tələbatını ödəyə bilmədi.XI. ATATÜRK SONRASI TÜRKİYE 1950-ci il ümumi seçkilərindən sonra CHP hakimiyyəti Demokrat Partiyaya təhvil verdikdə, İsmət İnönü əsas müxalifət partiyasının lideri kimi siyasi fəaliyyətini davam etdirdi. Müxalifətdə keçən on ildən və 27 May çevrilişinin ardınca yeni konstitusiyanın qəbul edilməsindən sonra, CHP 15 oktyabr 1961-ci il seçkilərində qalib gələrək aparıcı partiya oldu və İnönüyə yenidən hökuməti formalaşdırmaq tapşırıldı.

İkinci Dünya müharibəsi thumb|upright=1.14|Türkiyə-Almaniya Dostluq və Hücum etməmə müqaviləsinin imzalanması zamanı. (1941) Atatürk 1931-ci ildə amerikalı general Duqlas Makarturla söhbəti zamanı bildirmişdi:

Versal müqaviləsi Birinci Dünya Müharibəsinə səbəb olan amillərdən heç birini aradan qaldırmadı; əksinə, keçmişin əsas rəqibləri arasındakı uçurumu daha da dərinləşdirdi. Məğlub olmuş dövlətləri sülh şərtlərini qəbul etməyə məcbur edərkən, qalib dövlətlər həmin ölkələrin etnik, geosiyasi və iqtisadi xüsusiyyətlərini nəzərə almadı, bunun əvəzinə yalnız düşmənçilik hisslərinə kökləndilər. Nəticədə, bu gün yaşadığımız sülh sadəcə bir atəşkəsdən bir qədər artıq bir şeyə çevrildi. Mənim fikrimcə, Avropanın taleyi gələcəkdə də, eynilə keçmişdə olduğu kimi, Almaniyanın mövqeyindən asılı olmağa davam edəcək.

İkinci Dünya Müharibəsi XX-ci əsrin iki total müharibəsindən ikincisi idi. Dünyanın müxtəlif bölgələrində altı il davam edən bu müharibənin, ümumiyyətlə, Almaniya ordularının Polşaya hücum etdiyi 1939-cu il sentyabrın 1-də başladığı qəbul edilir. Lakin münaqişənin kökləri əslində daha əvvələ gedib çıxır; bir-birindən ayrı görünsələr də, əsas döyüşən tərəflərin strateji məqsədlərinə əvvəlki toqquşmaları həll etmək və Birinci Dünya Müharibəsindən sonra bağlanmış – məğlub olmuş dövlətləri qane etməyən – müqavilələri ləğv etmək daxil idi.

İnsan ölümü baxımından ağır itkilərə səbəb olan İstiqlal müharibəsindən dərhal sonra yeni bir müharibəyə cəlb olunmamaqda qətiyyətli olan Türkiyə rəhbərliyi, son ana qədər tarazlıq siyasətini qoruyub saxlamağa nail oldu. Müharibədən kənarda qalmaq məqsədilə 1939-cu il oktyabrın 19-da Ankarada Böyük Britaniya və Fransa ilə ittifaq sazişi imzalandı.

Almaniya ordularının Balkanlara müdaxiləsindən dərhal sonra Almaniya hökuməti Türkiyəyə hücum etməmək haqqında saziş təklif etdi. Hitler o dövrdə Türkiyə Prezidenti olan İsmət İnönüyə göndərdiyi şəxsi məktubda Almaniya ordularının Türkiyə sərhədlərinə 85 km-dən daha yaxın məsafəyə yaxınlaşmayacağına şəxsən təminat verirdi.

1941-ci il iyunun 18-də imzalanmış hücum etməmək haqqında saziş Türkiyənin Almaniya ilə münasibətlərində mühüm bir mərhələ oldu. Lakin 1941-ci il avqustun 10-da Rusiya və Böyük Britaniya Türkiyə hökumətinə birgə nota təqdim etdilər. Bu notada Türkiyənin ərazi bütövlüyünə hörmət ifadə edilməklə yanaşı, onun Boğazlar Rejimi haqqında Montrö Konvensiyasına əsasən Boğazları hərbi gəmilərin keçidi üçün bağlı saxlamaq öhdəliyinə riayət etməsinin zəruriliyi vurğulanırdı. Sonrakı illərdə Müttəfiqlər tərəfindən Türkiyənin müharibəyə onların tərəfindən qoşulması üçün göstərilən təzyiqlər artdı. Türkiyə rəhbərliyi 1944-cü il avqustun 2-dək bu təzyiqlərə müqavimət göstərdi, lakin müharibənin nəticəsinin artıq bəlli olduğunu anlayaraq, nəhayət, Müttəfiqlərlə razılaşma istiqamətində addım atdı. Almaniya və sonradan Yaponiya ilə bütün diplomatik və iqtisadi əlaqələri kəsmək qərarına gələn Türkiyə rəhbərliyi 1945-ci il fevralın 23-də Almaniyaya müharibə elan etdi. Bu addım Müttəfiq liderlərin Yalta konfransında qəbul etdikləri və yalnız 1945-ci il martın 1-dək Almaniyaya müharibə elan etmiş dövlətlərin yeni yaradılan Birləşmiş Millətlər Təşkilatında iştirak edə biləcəyini nəzərdə tutan qərardan sonra atılmışdı.

Almaniyanın məğlubiyyəti səbəbindən Türkiyə silahlı qüvvələrinin münaqişəyə qoşulmasını tələb edəcək bir vəziyyət yaranmadı və müharibədə iştirak etmək qərarı heç vaxt həyata keçirilmədi.

1945-1960-cı illər arası