Cumalıkızık — Türkiyənin Bursa ilinin Yıldırım ilçəsində yerləşən məhəllə.Mahalle , Turkey Civil Administration Departments Inventory. Retrieved 12 July 2023. Bursa şəhər mərkəzindən 11 kilometr məsafədə yerləşən kəndə təxminən 20 dəqiqəyə çatmaq mümkündür. Uludağın şimal ətəklərində salınmış və günümüzədək qorunub saxlanılan beş Kızık kəndindən biridir.Oğuz Türklerinin Kızık Boyu ve Bursa'daki Kızıklar. 27 Temmuz 2017 tarihli kaynağından arşivlendi. Erişim tarihi: 29 Ocak 2018 Digər Kızık kəndləri bunlardır: Değirmenlikızık, Fidyekızık, Hamamlıkızık və Derekızık. Bayındırkızık, Dallıkızık, Kızık, Bodurkızık, Ortakızık, Camilikızık, Kiremitçikızık, Kızıkşıhlar və Kızıkçeşmə kəndləri isə dövrümüzədək gəlib çatmayıb. Cumalıkızık Etnoqrafiya Muzeyi bu kənddə yerləşir. 2000-ci ildə Türkiyədə UNESCO-nun Ehtiyyat Ümumdünya İrsi obyektlərinin siyahısına daxil edilən Cumalıkızık, 2014-cü ildə Bursa ilə birlikdə Ümumdünya İrsi siyahısına qeydiyyata alınmışdır. Tarixi Cumalıkızıkın əsasının qoyulması təxminən 1300-cü illərə təsadüf edir.
Bir vəqf kəndi kimi salınan bu kəndin tarixi çox yaxşı qorunub saxlanılmış və erkən Osmanlı dövrünün kənd yerlərinə aid mülki memarlıq nümunələri günümüzə qədər gəlib çatmışdır. Bu xüsusiyyətinə görə çox ziyarət edilən yaşayış yerinə çevrilib. Tarixi filmlərin çəkiliş məkanı kimi də buraya müraciət olunur.
Uludağın ətəkləri ilə dərələr arasında qalan kəndlərə "qızık" (kızık) adı verilib. Digər qızık kəndlərindəki sakinlərin keçmişdə Cümə namazı üçün toplandığı yer olduğundan, bu kəndin "Cumalıkızık" adı ilə tanındığı söylənilir. Başqa bir rəvayətə görə isə Osman bəyin kəndin əsasını qoyduğu günün cümə gününə təsadüf etməsi səbəbindən bu kəndə "Cumalıkızık" adını verdiyi bildirilir.
Kənd meydanında kəndin keçmişinə aid əşyaların nümayiş olunduğu muzey də (Cumalıkızık Etnoqrafiya Muzeyi) yerləşir. Kənddə hər il iyunda"Moruq şənliyi" keçirilir. Çay daşı, ağac və çiy kərpicdən tikilən "Cumalıkızık evləri" adətən üçmərtəbəlidirlər.
Kəndin məscidi, məscidin yanındakı Zəkiyyə Xatun bulağı və tək günbəzli hamamı Osmanlı dövründən qalmadır. Kənddə Bizans dövrünə aid bir kilsə qalığı da mövcuddur. Kənddə sitrus meyvələri, qoz və şabalıd da yetişdirilir.
Kəndə yaxın yaşayış məntəqələrində Bizans dövrünə aid müxtəlif izlər mövcuddur. Bu izlər vaxtilə bizanslıların həmin bölgədə yaşadığını sübut edir. 1920–1922-ci illərdə baş verən Yunan işğalına qarşı, digər kəndlərdən fərqli olaraq, Cumalıkızık tarixiliyini qoruya bilib. Kənd bu sayədə Osmanlı imperiyasının mədəni və tarixi quruluşunu qoruyub saxlayaraq günümüzə ötürməyi bacarıb. Kəndin tarixinin itməməsi naminə bəzi işlər görülmüşdür ki, onlardan biri də "Cumalıkızık Qoruma və Yaşatma Layihəsi"dir.ÇETİN, T., (2010). Cumalıkızık Köyünde Kültürel Miras ve Turizm Algısı. Milli Folklor, vol.11, no.87, 181-190.
Tarixi toxumasına görə bura tez-tez serial və film çəkilişlərinə səhnə olur. Nümunə olaraq, Türkiyə İstiqlaliyyət Müharibəsindən bəhs edən "Qurtuluş" serialı, Osmanlı Dövlətinin quruluşundan bəhs edən "Kuruluş Osmancık" serialı və son olaraq baş rolunu Əmrah İpəyin oynadığı "Kınalı Kar" serialı burada çəkilmişdir.
Memarlığı və dizaynı Evlər
Cumalıkızık çox yaxşı qorunub saxlanılmış Osmanlı evləri ilə tanınır. Evlər sarı, ağ, mavi, bənövşəyi rənglərə boyanıb və evlərin yuxarı mərtəbələrindəki pəncərələr şüşəbəndlidir. Əsas giriş qapılarının dəstəkləri və döyəcləri döymə dəmirdən hazırlanır. Evlərin arasında səki örtüyü olmayan, daş döşənmiş çox dar küçələr var. Bu evlər adətən iki və ya üçmərtəbəlidir və üst mərtəbələri küçəyə doğru çıxıntılıdır. Evlərin karkasları taxtadan hazırlanmış, aralarındakı boşluqlar kərpiclə doldurulmuş və ya boş saxlanılmışdır. Qış mövsümünə uyğun olaraq evlərin orta mərtəbələri alçaq tavanlı, yay mövsümünə uyğun olaraq isə üst mərtəbələr hündür tavanlı inşa edilib.
Evlərin adətən türk dilində "həyat" adlanan kiçik həyəti olur. Tualet, tövlə və anbar məhz burada yerləşir.
Məhrəmliyi qorumaq üçün qadınlar pəncərələrin ara küçələrə baxan torlu/şəbəkəli pərdələrindən istifadə edirlər. Bundan əlavə, məhrəmliyi qorumaq üçün birinci mərtəbələrə heç pəncərə qoyulmazdı. Küçələr
Burada evlər sıx şəkildə tikilib. Bəzi ərazilərdə küçələr daralaraq cəmi 60 sm enində qaldığı üçün burada avtomobillərin hərəkəti qadağandır. Yağış suları üçün təbii drenaj sistemi yaratmaq məqsədilə küçələrin tən ortasına iri daşlar, evlərə yaxın hissələrə isə xırda daşlar düzülüb.
İqtisadiyyatında dəyişikliklər Əvvəllər Cumalıkızık sakinləri əsasən kənd təsərrüfatı və hayvandarlıqla məşğul idi. Lakin turizmin sürətli inkişafı ilə bir çox yerli sakin suvenirlərin satışı və kafelerin idarə olunması kimi kommersiya fəaliyyətlərinə keçid edib. Xarici investorlar da mağazalar açıb torpaqların bir hissəsini satın alaraq kəndlilərin iqtisadi nəzarətini azaldıblar.
Nəqliyyat 1-ci yol: Şəhər meydanından hərəkət edən Cumalıkızık mikroavtobusları ilə birbaşa kəndə çatmaq olar.
2-ci yol: Bursada metroya minərək "Cumalıkızık-Değirmenönü" stansiyasında düşə bilər və mikroavtobusa keçid edərək 5 dəqiqə ərzində kəndə çatmaq oar.
3-cü yol: Şəxsi avtomobil ilə Ankara yolu istiqamətindən Cumalıkızık lövhələrini izləyərək getmək olar. Qalereya
Həmçinin bax Türkiyədə UNESCO-nun Ümumdünya irsi obyektlərinin siyahısı İstinadlar
Kateqoriya:Türkiyədəki ümumdünya irsi