Qazı Məhəmməd* (; ) — Dağıstan, Şimali Qafqaz və Osmanlı hərbi-siyasi xadimi, Dağıstan və Çeçenistan İmamı Şeyx Şamilin oğlu. 1859-cu ilə qədər İmamətin Qarat vilayətinin naibi olmuş, Osmanlı ordusunun müşir (marşal) rütbəsində vəfat etmişdir.
Həyatı 250px|thumb|right|Qazi-Məhəmməd 1877–1878-ci illər Osmanlı-Rus müharibəsini əks etdirən Britaniyanın "The Illustrated London News" qəzetinin ilk səhifəsində Qazı Məhəmməd İmam Şamilin birinci həyat yoldaşı Fatimətdən olan ikinci oğlu idi. O, 1833-cü ildə Dağıstanın Dağlıq Gimri kəndində anadan olub. Adı Şamilin sələfi və müəllimi Qazi Məhəmmədin şərəfinə qoyulmuşdur. 6 yaşında olarkən Ahulqo qəsri mühasirəsində idi. Atası ayağından yaralanmış Qazi Məhəmmədi qaladan öz çiynində çıxarmışdı. Erkən yaşlarında (7–8 yaş) Şamilin ağır xəstəliyi zamanı, onun ölümü ehtimalına qarşı Qazi Məhəmməd imamın varisi elan edilmiş, sonuncunun naibi (qəyyumu) isə naib Albaz-Dəbir təyin olunmuşdu. 1848-ci ilin yanvarında Vedeno qurultayında Qazi Məhəmməd ikinci dəfə Dağıstan və Çeçenistan imamının varisi kimi təsdiqləndi. 1850-ci ildə Karatanın naibi təyin edildi. Qafqaz müharibəsi zamanı Qafqazda rus ordusuna qarşı dağlı dəstələrinə rəhbərlik etmişdir. 250px|thumb|left|Qazı Məhəmməd 1870-ci ildə, İstanbul Krım müharibəsi (1853–1856) zamanı qayınatası Daniyal sultan ilə birlikdə 1854-cü ilin iyulunda Kaxeti basqını ilə fərqləndi. Rus qoşunları və gürcü milis dəstələri ilə toqquşmalarda dağlıların böyük itkilər verməsinə baxmayaraq, bütövlükdə bu yürüş dağlılar üçün uğurla başa çatdı. Böyük qənimət və 900-ə yaxın girov ələ keçirildi ki, onların da arasında knyaz David Çavçavadzenin ailəsi — həyat yoldaşı və dörd uşağı var idi. Sonuncu (Çavçavadzenin həyat yoldaşı) 22 (10) mart 1855-ci ildə Qazi Məhəmmədin böyük qardaşı — Ahulqo hücumu zamanı imam tərəfindən ruslara amanat (girov) olaraq verilmiş və həmin vaxt artıq rus qulluğunda olan Cəmaləddin ilə dəyişdirildi. Bu arada, Qafqazdakı müharibənin gedişini diqqətlə izləyən Osmanlı hökuməti Qazi Məhəmmədlə yaxından maraqlanırdı. 1855-ci ilin mayında Sultan I Əbdülməcid Qazi-Məhəmmədə bayraq, almaz ulduzlu orden və paşa rütbəsi bəxş etdi. 250px|thumb|left|Qazı Məhəmməd, Şeyx Şamil və yerli pristav, Kaluqa 1859-cu ildə Şeys Şamilin paytaxtı Vedeno qalasının müdafiəsinə rəhbərlik etmişdir. Uğursuzluqdan sonra rus qoşunlarını Andi Göysu çayında saxlamaq üçün cəhd göstərdi. 1859-cu il avqustun 25-də (sentyabrın 6-da) rus qoşunlarının Qunibi tutmasından sonra oranı müdafiə edən Şeyx Şamil və oğlu Qazi-Məhəmməd təslim oldular. Bundan sonra onlar Moskvaya, daha sonra Sankt-Peterburqa göndərildi və həmin il oktyabrın 22-də (10-da) daimi sürgün yerləri olan Kaluqaya gəldilər. Orada, 1866-cı il avqustun 26-da (sentyabrın 7-də) o, atası və kiçik qardaşı Məhəmməd-Şəfi ilə birlikdə Rusiya təbəəliyini qəbul etdi və Çara, eləcə də Vətənə sədaqət andı içdi.Пожидаев Г. А. Имам Шамиль: «Мой священный долг … внушить детям моим их обязанности пред Россиею …». // :ru:Военно-исторический журнал. — 2001. — № 2. — С.78-89. Andın mətni xüsusi olaraq onlar üçün dəyişdirilmişdi. And içmək ailənin Rusiya əsarətindən qurtulub həccə getməsi üçün yeganə yol idi.
1869-cu ildə II Aleksandr Şeyx Şamilə Məkkəyə zəvvarlığa getməyə icazə verdi. Şamil orada ağır xəstələndikdən sonra, 1871-ci ildə çar Qazi Məhəmmədə də atasının yanına getməyə icazə verdi. Həmin il fevralın 4-də (16-da) Şeyx Şamil Mədinədə vəfat etdi. Atasını dəfn etdikdən sonra Qazi Məhəmməd onun ailəsini Taifdə qoyub iyulun 29-da (17-də) Kiyevə qayıtdı. Avqustun 19-da (7-də) o, nəslin böyüyü kimi mərhum Şeyx Şamilin birdəfəlik təqaüdünün ona verilməsi xahişi ilə hərbi nazir Dmitri Milyutinə müraciət etdi və bu vəsaiti mərhumun ailəsinin saxlanılmasına sərf etmək niyyətində olduğunu bildirdi. Eyni məqsədlə Qazi Məhəmməd Şeyx Şamilin ailəsinin həmin vaxt məskunlaşdığı Osmanlı imperiyasına müvəqqəti getməsinə icazə verilməsini xahiş etdi. II Aleksandr onun özünə və mərhumun ailəsinə 15 min rubl məbləğində təqaüd ödənilməsi barədə sərəncam verdi və səfər üçün ona əlavə məzuniyyət ayırdı. Dekabrın 16-da (4-də) Qazi Məhəmməd Odessadan gəmi ilə İstanbula yola düşdü və Rusiyaya qayıtmaq vədinə xilaf çıxaraq Osmanlı ordusunda qulluğa daxil oldu.
1877–1878-ci illər Osmanlı-Rus müharibəsi zamanı Qazi Məhəmməd Osmanlı ordusunda general-leytenant rütbəsində qafqazlı dağlı mühacirlərdən təşkil olunmuş 3-cü süvari briqadasına komandirlik edirdi. Müşir İsmayıl paşanın Alaşkert dəstəsinin tərkibində general-leytenant Terqukasovun İrəvan dəstəsinə qarşı döyüşürdü. Bəyaziddəki rus qarnizonunun mühasirəsində iştirak etmiş, bu zaman onlara təslim olmaq haqqında əbəs yerə məktublar göndərmişdi.
1877-ci il aprelin 17-də (29-da) Çeçenistan və Dağıstanda üsyan baş qaldırdı. Üsyana Əlibəy Hacı Aldamov rəhbərlik edirdi. O, bundan əvvəl Məkkədən həcdən qayıdarkən İstanbulda Qazi Məhəmmədlə görüşmüş və onunla Şimali Qafqazda üsyanın qaldırılması üzrə fəaliyyət planını müzakirə etmişdi. Qazi Məhəmmədin adından oraya qızıl hərflərlə çap olunmuş bəyannamələr çatdırılmışdı. Həmçinin Osmanlı hökuməti tərəfindən dağlılara, başlıca olaraq imamın varisi — Qazi Məhəmmədin rəhbərliyi altında Qafqaz mühacirlərindən ibarət hərbi kömək vəd edilmişdi. Lakin Osmanlı ordusu müharibədə məğlub oldu, dağlıların üsyanı isə yatırıldı.
Müharibədən sonra saray intriqaları nəticəsində sultan Qazi Məhəmmədi xidmətdən kənarlaşdırdı və ona müşir rütbəsi verməklə Mədinəyə fəxri sürgünə göndərdi. Qazi Məhəmməd 1902-ci ildə elə orada vəfat etdi.
Ailəsi Qazı Məhəmmədin iki həyat yoldaşı olub: Kərimət (1851-ci ildən) — İlisu sultanı, əvvəlcə rus xidmətində general-mayor, sonralar isə imam Şamilin naibi olmuş Daniyal bəyin qızı. M. N. Çiçaqovanın təsvirinə görə, Karimat cəlbedici xarici görünüşə malik idi və buna görə də "Qafqaz qızılgülü" ləqəbini almışdı, lakin Qazi-Məhəmmədə qarşılıqlı sevgi məhəbbət bəsləmirdi. 1862-ci ilin mayında Kaluj şəhərində vərəm xəstəliyindən vəfat etmişdir. Vətənində — Nuxa (Şəki) şəhərində dəfn olunmuşdur.
Həbibət. Onların bu evlilikdən yalnız iki qızı olub: Nafisət (1864, Kaluqa – 1873, İstanbul) və Əmirə Nafisət (1873, İstanbul – ?).
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər
Kateqoriya:Rusiya-Osmanlı müharibəsi (1877–1878) iştirakçıları Kateqoriya:Krım müharibəsi iştirakçıları Kateqoriya:Osmanlı marşalları Kateqoriya:Mədinədə vəfat edənlər Kateqoriya:1902-ci ildə vəfat edənlər Kateqoriya:Qafqaz müharibəsinin iştirakçıları