Baytil — qədim Yunanıstanda ilahın məskəni hesab edilən fetiş daş.

Söz samimənşəlidir və kultun özü Yaxın Şərqdən qaynaqlanmışdır. "Yaradılış" kitabına (28:18) əsasən, Yaqub göyə gedən nərdivan haqqında gördüyü yuxudan sonra baş tərəfində qalan daşın üzərinə zeytun yağı tökmüş və həmin yeri "Beyt-El" () elan etmişdir. Müsəlman ənənəsindəki analoqu Məkkədə yerləşən Kəbədir.

Qədim Yunanıstanda Delfidəki Apollon məbədi yaxınlığında yerləşən və Kronun körpə Zevsin əvəzinə udduğu daş hesab edilən omfal ən çox ehtiram edilən daş olmuşdur. İmperatorlar dövrü Romasında Bütün Tanrıların Anasının şərəfinə ucaldılmış daş ehtiramla yad edilmişdir. Finikiya-Karfagen baytil kultu Şimali Afrikada xristianlıq qəbul edildikdən sonra da qorunub saxlanılmışdır. Müqəddəs Avqustin bu barədə qəzəblə bəhs etmişdir.

İstinadlar

Kateqoriya:Amuletlər Kateqoriya:Finikiyada din Kateqoriya:Mifik əşyalar Kateqoriya:Müqəddəs qayalar Kateqoriya:Qədim yunan mifologiyası Kateqoriya:Yaxın Şərq mifologiyası Kateqoriya:Finikiya mifologiyası Kateqoriya:Meqalitlər Kateqoriya:Meteoritlər