Qazı Əhməd bəy Məhəmmədbəyov və ya Xanbaba bəy Məhəmmədbəyov () () — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin, İttihad Partiyasının və İttihad fraksiyasının üzvü, Yusifbəyli hökumətinin üzvü

Həyatı left|thumb|261x261px|Qazı Əhməd bəy tələbəlik illərində Novorossiya İmperator Universitetində hüquq təhsil alıb.

1877–1878-də Rusiya imperiyasına qarşı qalxan Samur-Axtı üsyanına başçılıq etmişdir.

Zaqafqaziya Seymi Müsəlman fraksiyasının və Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasınən üzvü olub.

Əvvəllər Müsavat Partiyasının, daha sonra isə İttihad Partiyasının üzvü olmuşdur. 14 aprel 1919-cu ildə İttihad Partiyasının sədr müavini seçilmişdir.

Qazı Əhməd bəy 1919-cu ilin iyunundan rus dilində çıxan "İttihad" qəzetinin redaktoru olmuşdur.

1920-ci ildə məhkəmədə hakim kimi işləyib.

Adı İki adı olmuşdur: Qazı Əhməd rəsmi adı və Xanbuba ev adı.

Bəzi mənbələrdə Batum konfransının üzv siyahısında Əhməd bəy Canbaba adlı şəxsin adı da qeyd olunub. Ədalət Tahirzadə bu şəxsin Qazı Əhməd bəy olduğunu söyləyir. Çünki Qazı Əhməd bəyin ikinci adı Xanbaba olmuşdur.

Bəzən Qazı Əhməd bəyin adında "bəy" titulu istifadə olunmaya bilər, həmçinin adı və soyadı müxtəlif cür yazıla bilər : "Qazıəhməd", "Xanbaba", "Canbaba", "Babaxan", "Qazı Əhməd", "Məmmədov"; "Məmmədbəyov" və ya "Məhəmmədbəyov".

Mənbə

İstinadlar

Kateqoriya:Azərbaycan ləzgiləri Kateqoriya:Azərbaycan hüquqşünasları Kateqoriya:Azərbaycan siyasətçiləri Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin siyasətçiləri Kateqoriya:Kiyevdə təhsil almış azərbaycanlılar Kateqoriya:Zaqafqaziya Seyminin üzvləri Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvləri Kateqoriya:İttihad Partiyasının sədr müavinləri Kateqoriya:İttihad Partiyası Rəyasət Heyətinin üzvləri Kateqoriya:İttihad Partiyası Mərkəzi Komitəsinin üzvləri Kateqoriya:İttihad Partiyası İcraiyyə Komitəsinin üzvləri