Ucal Aftandil oğlu Musayev - (10 avqust 2007, Şahtaxtı kəndi, Kəngərli rayonu, Naxçıvan Muxtar Respublikası) — Azərbaycan boksçusu. Yeniyetmələr və kişilər arasında keçirilən yerli və beynəlxalq boks yarışlarının iştirakçısı, müxtəlif turnirlərin qalibi və mükafatçısıdır.
Həyatı
Ucal Musayev 10 avqust 2007-ci ildə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. O, yeddi yaşından etibarən müəllimi Aftandil Musayevin rəhbərliyi altında boksla məşğul olmağa başlamışdır.
İdman fəaliyyəti ərzində Naxçıvan Muxtar Respublikası səviyyəsində keçirilən çempionatlarda və Heydər Əliyevin adına təşkil olunan turnirlərdə iştirak etmiş, bir sıra yarışlarda qalib və mükafatçı olmuşdur. Həmçinin Bakı şəhərində və xarici ölkələrdə keçirilən boks yarışlarında çıxış etmişdir.
İdman Fəaliyyəti
2021-ci il
• Yeniyetmələr arasında keçirilən boks yarışında qızıl medal qazanmışdır.
2023-cü il
• Bakıda Heydər Əliyevin adına keçirilən beynəlxalq turnirdə bürünc medal qazanmışdır.
• Həmin il Gürcüstanda təşkil olunan A.K.A.K.İ. Kakuridze turnirində yarımfinal mərhələsinə yüksələrək bürünc medala layiq görülmüşdür.
2025-ci il
• Türkiyənin Ağrı şəhərində keçirilən beynəlxalq turnirdə 50 kq çəki dərəcəsində final mərhələsinə yüksələrək turnirin qalibi olmuşdur.
2026-cı il
• Yanvarın 28-də kişilər arasında 50 kq çəki dərəcəsində keçirilən Azərbaycan çempionatında gümüş medal qazanmışdır.
• 2026-cı ilin aprel ayında Türkiyənin İstanbul şəhərində Ahmet Cömertin adına keçirilən boks turnirində iştirak etmişdir. Turnirdəki nəticəsi 4:1 hesabı ilə irəliləmişdir.
• Mayın 8-də Türkiyədə keçirilən boks gecəsində 55 kq çəki dərəcəsində peşəkar boks döyüşünün qalibi olmuşdur.
İstinadlar