Bonassola (liqur dilində: Bonasseua, ) — İtaliyanın Liquriya regionunda, Spetsiya əyalətində yerləşən kommuna (bələdiyyə). Genuyadan təxminən 60 kilometr cənub-şərqdə, Spetsiya əyalətindən isə təxminən 20 kilometr şimal-qərbdə yerləşir. 2004-cü il dekabrın 31-nə olan məlumata görə, əhalisi 945 nəfər, sahəsi isə 9,3 km² olmuşdur.Bütün demoqrafik və digər statistik göstəricilər: İtaliya Milli Statistika İnstitutu (Istat).
Bonassola kommunasının tərkibinə frazionelər (inzibati bölgülər, əsasən kəndlər və yaşayış məhəllələri) daxildir: Montaretto, Kostella, Serra, Şernio və San Corco.
Bonassola, Framura və Levanto kommunaları ilə həmsərhəddir.
Tarix İkinci Dünya müharibəsi zamanı hər biri on beş nəfərdən ibarət iki Amerika qrupu Framura ilə Bonassola arasındakı dəmir yolu tunelini partlatmaq üçün sahilə çıxmağa cəhd etmişdir. Hər iki missiya uğursuzluqla nəticələnmişdir. İkinci missiyanın əsgərləri alman ordusu tərəfindən edam edilmiş və kütləvi məzarlığa basdırılmışdır.OSS Operation Ginny met with a tragic end during the Italian Campaign , WWII History Magazine, sentyabr 2005, Don Smart, istifadə tarixi: 2 avqust 2013
Demoqrafik dinamika
Həmçinin bax Aliano Aqerola Artena Asso Atina
İstinadlar
Xarici keçidlər
Rəsmi sayt Bonassola
Kateqoriya:İtaliya şəhərləri