Mehdi Tələt oğlu Dadaşov - (8 avqust 1964) — Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəisinin müavini.
Həyatı Mehdi Dadaşov 8 avqust 1964-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Atası Azərbaycanın tanınmış memarı Tələt Dadaşov, anası isə sabiq Azərbaycan Respublikasının birinci İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), kimya elmləri doktoru, professor Elmira Süleymanovadır.
Fəaliyyəti Mehdi Dadaşov uzun illər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında müvafiq məsul vəzifələrdə çalışmışdır. O, Birinci vitse-prezidentin Katibliyinə təyin olunmazdan əvvəl İqtisadi məsələlər şöbəsində baş məsləhətçi vəzifəsində fəaliyyət göstərmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 aprel 2017-ci il tarixli 2807 nömrəli Sərəncamı ilə Mehdi Tələt oğlu Dadaşov Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyi rəisinin müavini vəzifəsinə təyin edilmişdir.
İstinadlar
Kateqoriya:1964-cü ildə doğulanlar Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycanın dövlət xadimləri