Bəni-Lihyan () — Məhəmmədin dövründə yaşamış ərəb bütpərəst qəbiləsi. Onunla bir sıra hərbi münaqişələrdə iştirak etmişdir. Onların arasında ilk qarşıdurma 625-ci ildə Abdullah ibn Üneysin yürüşü zamanı baş vermişdir. Məhəmməd Abdullah ibn Üneysi qəbilə başçısı Xalid ibn Süfyan Hüzəlini öldürmək üçün göndərmişdir. Məhəmməd onun Mədinəyə hücum etməyi planlaşdırdığını, Nəxlə və Urəna əhalisini özünə qarşı hücuma qızışdırdığını iddia etmişdir. Buna görə də o, 625-ci ildə Abdullah ibn Üneysin səfəri zamanı onun öldürülməsini əmr etmişdir.Mubarakpuri, The Sealed Nectar, pp. 186–187. (online) Bundan sonra, 627-ci ilin sentyabr ayında Bəni-Lihyan yürüşü baş tutmuşdur.Note: Book contains a list of battles of Muhammad in Arabic, English translation available here(online) Həmin vaxt Məhəmməd Rəci hadisəsi zamanı 10 müsəlmanın öldürülməsinin qisasını almaq məqsədilə tərəfdarlarına Bəni-Lihyan qəbiləsinə hücum etməyi əmr etmişdir.Mubarakpuri, The Sealed Nectar, p. 205. (online)

İstinadlar

Kateqoriya:Bədəvi qrupları Kateqoriya:Müzər