Karl Frederik Vilhelm Emix (; ) — III Layninqen şahzadəsi, Almaniya imperiyasının baş naziri.
1804-cü ildə Bavariyada dünyaya gəldi. Atası Layninqen şahzadəsi Karl Frederik Vilhelmin oğlu vəliəhd-şahzadə Emix Karl, anası isə onun ikinci xanımı və Saksen-Koburq-Zaafeld hersoqu Fransiskin qızı Viktoriya Mariya Luizadır. Özündən 3 yaş kiçik Feodora adlı bir bacısı vardı. Ancaq 1814-cü ildə atası vəfat etdi və 10 yaşında anasının naibəliyi altında atasının mal-mülkünü miras aldı.
1818-ci ildə anası Viktoriya Mariya Luiza Britaniya kralı III Georqun oğlu Kent hersoqu Eduard Avqustla evləndi. Evliliyin ilk aylarında Almaniyada qalsalar da, anası qısa zaman sonra hamilə qaldı. Yeni doğulacaq övladının Britaniyada doğulmasını istəyən Kent hersoqu Eduard Avqust xanımını və onun 2 övladını da yanına alaraq Londona köçdü. Burada yeni ailəsiylə Kensinqton sarayında yaşayan şahzadə Karlın burada ögey bacısı Viktoriya Aleksandrina doğuldu.
13 fevral 1829-cu ildə Mariya von Klebeslsberqlə evləndi. Cütlüyün 2 oğlu doğuldu.
Ernest Leopold Viktor Karl Avqust İosif Emix (1830-1904) Eduard Frederik Maksimilyan İohann (1833-1914), heç vaxt evlənmədi.
Berndə özəl dərslər alaraq başlayan təhsilini 1821-ci ildən etibarən Göttingen Universitetində davam etdirdi. 1842-ci ildə Bavariya parlamentinin rəisi oldu və Bavariya ordusunda süvari birliklərində general-leytenant rütbəsinə yüksəldi. Onun Bavariyada qazandığı siyasi nüfuz sayəsində, 1848 Alman inqilabları əsnasında yaradılan yeni hökumətin ilk baş naziri seçildi. Bu seçimdə ögey bacısı olan Kraliça Viktoriyanın da siyasi nüfuzu mühüm rol oynadı.
1855-ci ildə keçirdiyi beynə qansızmanın ardından səhhəti pisləşdi. Ertəsi ilin noyabrında yaşadığı ikinci tutmanın ardından 13 noyabr 1856-cı ildə vəfat etdi.
Mənbə
Ədəbiyyat
Hermann Nehlsen (1997) (in German) Fürst Karl zu Leiningen (1804–1856). In: Gerhard Köbler, Hermann Nehlsen (Ed.): Wirkungen europäischer Rechtskultur. Festschrift für Karl Kroeschell zum 70. Geburtstag. Verlag C.H. Beck, München,
İstinadlar Kateqoriya:Almaniya siyasətçiləri Kateqoriya:Almaniya zadəganlığı Kateqoriya:Bavariya tarixi Kateqoriya:XIX əsr hərbçiləri