Səfurə Seyfulla qızı Abdullayeva () — heyvandar, sağıcı və Sosialist Əməyi Qəhrəmanı.

Həyatı Səfurə Abdullayeva 1936-cı ildə Masallı rayonunun Qızılağac kəndində anadan olmuşdur. 1956-cı ildən etibarən Masallı rayonundakı kolxozda çalışmış, uzun illər qabaqcıl sağıcı kimi yüksək süd istehsalı göstəricilərinə nail olmuşdur.

VI və VII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.

Mükafatları Göstərdiyi əmək rəşadətinə görə "Lenin" ordeni və fəxri fərmanlarla təltif edilmiş, ona Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir.

“Respublikanın ən yaxşı gənc maldarı” fəxri adını almışdır.

Azərbaycan Respublikası Prezidentinin 21 fevral 2003-cü il tarixli sərəncamı ilə Səfurə Abdullayevaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilmişdir.

İstinadlar

Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin Azərbaycan SSR-dən olan deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin VII çağırış deputatları