İoaxim Frans Humbert (; ) — son Prussiya kralı və Alman imperatoru II Vilhelmin oğlu, Hohensollern şahzadəsi.

17 dekabr 1890-cı ildə Berlindəki Şəhər sarayında dünyaya gəldi. Atası son Prussiya kralı və Alman imperatoru II Vilhelm, anası isə Şlezviq-Holşteyn hersoqu VIII Fridrixin qızı Avqusta Viktoriyadır.

5 qardaşı və bir bacısıyla birlikdə uşaqlığının çox hissəsi Potsdamdakı Mərmər sarayda və Yeni sarayda keçdi. İlk təhsilini qardaşlarıyla birgə anasının vətəni olan Şlezviq-Holşteyndəki Pöln şəhərində aldı.

14 oktyabr 1915-ci ildə Anhalt hersoqu Eduardın qızı Mariya Avqusta ilə nişanlandı. Cütlüyün toy mərasimi 11 mart 1916-cı ildə Berlindəki Bellevue Sarayında baş tutdu. Cütlüyün bu nigahdan bir oğlu doğuldu.

Karl Frans (1916-1975)

1916-cı ildə Dublində başlayan Pasxa üsyanı əsnasında bir çox respublikaçı yaradılması planlaşdırılan İrlandiya Respublikasının başına İoaximi dəvət etmək istədi. Almaniyanın davam edən Birinci Dünya müharibəsini qazanması halında İrlandiyanın başında bir alman şahzadəsi olacaqdı. Ancaq bu planlar uğursuzluqla nəticələndi.

Digər yandan dövrün inqilabi hərəkatlarının ardından Gürcüstan və Litvada hakimiyyətə gəlməsi təklif edilsə də, bu cəhdlər də uğursuz oldu.

Müharibənin ardından atası II Vilhelm və böyük qardaşı vəliəhd-şahzadə Vilhelm taxtdan əl çəkməyə məcbur oldu və sürgünə göndərildi. İoaxim isə sadə bir vətəndaş kimi Almaniyada yaşamağa davam etdi. İlk başlarda bütün bu hadisələr səbəbilə psixoloji vəziyyəti gərginləşdi və psixiatrik müalicə aldı. Digər yandan 1919-cu ildə xanımından boşandı.

18 iyul 1920-ci ildə Potsdamda özünü vuraraq intihar etdi.

Mənbə

Ədəbiyyat

Röhl, John C. G. (2015). Wilhelm II: Into the Abyss of War and Exile, 1900–1941. Cambridge University Press. pp. 1203–1204. ISBN 978-1-107-54419-2 Röhl, John C. G. (2015). Wilhelm II: The Kaiser's Personal Monarchy, 1888–1900. Cambridge University Press. p. 1067. ISBN 978-1-107-56595-1

İstinadlar

Kateqoriya:Almaniya kral ailələri Kateqoriya:Almaniya monarxistləri Kateqoriya:Almanlar Kateqoriya:II Vilhelm Kateqoriya:Odlu silah ilə intihar edənlər