Prussiyalı Kristian Siqismund Luiz Ferdinand Kilyan (; ) — Hohensollern şahzadəsi.

Həyatı 14 mart 1946-cı ildə Bavariyada dünyaya gəldi. Atası son Prussiya kralı və Alman imperatoru II Vilhelmin nəvəsi vəliəhd Luiz Ferdinand, anası isə böyük knyaz Kiril Vladimiroviçin qızı Kira Kirilovnadır.

Hələ 1 yaşında ikən ailəsi Bremendə məskunlaşdı. Burada dövlət gimnaziyasında təhsil aldı. Babası vəliəhd-şahzadə Vilhelmin 1951-ci ildə vəfatından sonra atası Hohensollern sülaləsinin ailə başçısı ünvanını aldı.

Böyük knyaginya Mariya Pavlovnanın nəvəsi Jan Bernadotun xanımı Kristina Qrandmontajla nigahdan kənar eşq yaşadı və bu gizli eşq macərasından İzabella Aleksandra Angelika Anna Katerina Qrandmontaj (1969-) adlı bir qızı doğuldu. Skandalın ardından doğulan qız uşağına soyadını verməsə də, Prussiya şahzadəsi ünvanı verildi.

29 sentyabr 1984-cü ildə Nina von Reventlovla evləndi. Cütlüyün bu nigahdan 2 övladı doğuldu.

1994-cü ildən ailə başçısı olan qardaşı oğlu Georq Fridrixin 2013-cü ildə əkiz oğulları dünyaya gələnədək onun varisi oldu.

Şəcərəsi ÖvladlarıDoğum tarixiÖlüm tarixiEvliliyiNəvələriİzabella Aleksandra18 sentyabr 1969 - (57 yaşında) - -Kristian Lüdviq Mixail Fridrix Ferdinand16 may 1986 - (40 yaşında)Dezire Freyn von Kunsberq (29 aprel 2023) -İrina Mariya Nina Kira4 iyul 1988 - (38 yaşında) - -

Mənbə

Ədəbiyyat

Genealogisches Handbuch des Adels, Fürstliche Häuser XIV. "Haus Preußen". C.A. Starke Verlag, 1991, pp. 123, 133-134, 145-146. (German). ISBN 978-3-7980-0843-4 Eilers, Marlene A. (1987). Queen Victoria's Descendants. Baltimore: Genealogical Publishing Co. ISBN 978-0-8063-1202-6 MacDonogh, Giles (2003). The Last Kaiser: The Life of Wilhelm II. New York City: St. Martin's Griffin. ISBN 978-0-312-30557-4

İstinadlar

Kateqoriya:Prussiya şahzadələri