Abbas (əvvəlki adı: Abbaskənd) — Azərbaycan Respublikasının Şəki rayonunun Aşağı Göynük kənd inzibati ərazi dairəsində kənd. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Şəki rayonunun Aşağı Göynük kənd inzibati-ərazi vahidi tərkibindəki Abbaskənd kəndi Abbas kəndi adlandırılmışdır.
Toponimikası Oykonim Abbas (Şəxs adı) və kənd topokomponentlərindən düzəlib, "Abbas adlı şəxsə məxsus yaşayış məntəqəsi" deməkdir.
Tarixi
Coğrafiyası və iqlimi Kənd Alazan-Əyriçay çökəkliyində yerləşir.
Əhalisi Kəndin əhalisi 575 nəfər təşkil edir ki, onun da 286 nəfəri kişi, 289 nəfəri isə qadındır.
İstinadlar
Kateqoriya:Şəki rayonunun kəndləri