Böyük Dəhnə — Azərbaycan Respublikasının Şəki rayonunun eyniadlı inzibati ərazi dairəsində kənd.
Tarixi Acınohur gölündən 10 km. aralı, Turut çölündədir. Oykonim böyük (ölçü bildirir) və dəhnə (fars. "çay ağzı, keçid, suyun əsas mənbədən ayrıldığı yer, suvarma kanalının ağzı, sukeçirən yer, arx başı, arx başında bənd") komponentlərindən düzəlib, "böyük arx başı" mənasındadır”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh.151.
Mədəniyyəti 1902-ci ildə kəndin ərazisində aparılan araşdırmalar zamanı burada üzərində qədim yunan yazıları olan abidə tapılmışdır. Abidənin I-II əsrlərə aid olduğu güman edilir.Azərbaycan Sovet Ensiklopediyası, Bakı, 1978, 2-ci cild, səh. 289
Coğrafiyası və iqlimi Şəki ərazisi olsa da iqlimi Mərkəzi Aran iqliminə daha yaxın iqlimdi.
Əhalisi Kəndin əhalisi 5418 nəfər təşkil edir ki, onun da 2675 nəfəri kişi, 2743 nəfəri isə qadındır.
Tanınmış şəxsləri Gülyanaq Məmmədova — Yüksək dərəcəli vokalist – Müğənni. Filmlərdə mahnı ifa edən və iştirak edən. Əməkdar artist Gülyaz Məmmədova — Müğənni. Filmlərdə mahnı ifa edən və iştirak edən. Əməkdar artist. Cavanşir Feyziyev — Alim, millət vəkili Dünyamin Yunusov — Alim. Məmməd Hacızadə (Dəhnəli Məmməd) - Şair - yazıçı
İstinadlar
Kateqoriya:Şəki rayonunun kəndləri