thumb|300px|Cavanşir qəzası 1 yanvar 1903-cü illər xəritəsi.

Cavanşir qəzası () — Yelizavetpol quberniyasının bölgələrindən biridir. Cavanşir qəzasının inzibati mərkəzi Yelizavetapol — Şuşa şəhərləri arsındakı Tərtər poçt stansiyası hesab olunurdu; Yelizavetapoldan 681/6 vers. məsafədə Tərtər çayının üzərində Bərdə kəndi yerləşmişdir. Bərdə Qafqaz Albaniyasının paytaxtı olmuş, VII əsrdə ərəb istilalarına, 943 ildə Xəzərdən Kür çayı ilə keçərək gəlmiş ruslların, XIV əsrdə isə Teymurləngin dağıdıcı hücumları nəticəsində viran qoyulmuşdur. Şəhərdən yarı dağılmış qala divarları qalmışdır. Qəza 213 kəndi əhatə edirdi. Əhalinin əksəriyyəti əkinçilik və madarlıqla məşğul idi. Orta və düzən sahələrdə bağçılıq və ipəkçilik mühüm yer tuturdu. Əkin sahələrində əsasən buğda, arpa əkilirdi. Xüsusən düzən yerlərdə düyü və pampıqda əkilirdi. Əhalisinin əksəriyyətini yerli azərbaycanlılar (rusların adlandırdığı tatarlar) (52041 nəfər), rusların gəlişindən sonra köçürülmə siyasəti nəticəsində az miqdarda ermənilər və ruslar təçkil etmişdir.Первая всеобщая перепись населения Российской Империи 1897 г. Джеванширский уезд

Qəzanın tarixi Qəza 1867-ci ildə Şuşa qəzasının Cavanşir sahəsinin ərazisində yaradıldı. Cavanşir qəzası Cəbrayıl qəzası kimi əvvəllər Qarabağ xanlığının tərkibinə daxil idi; 1869-cu ildə o, Şuşa qəzasından ayrılmışdır. Sonra bu qəzaya köhnə Çiləbörd sahəsinin ərazisi də əlavə edildi.

Əhalisi Əhalisinin sayı 72 719 nəfər (1897) olmuşdur.

Əhatə etdiyi ərazilər Tərtər rayonu Bərdə rayonu Kəlbəcər rayonu Ağdərə rayonu

Qəzanın nahiyələri

Bərdə nahiyəsi Mirzalıbəyli I Əyricə Qafarlı Hacıbəyli Qaraqoyunlu Əhmədbəyli Ləkili (Cumalar) Şəmşilər Türkmən-Qayabaşı Güloğlular İmamqulubəyli Zümürxaç Bərdə Mollagülülər II Əyricə

Kəranə nahiyəsi 1.Cəyirli 2.Şatırlı 3.Mirzəcəfərli 4. Qaradağlı-Kərimağa 5.1-ci Hacıəlili 6.Divanlı 7. Dilənçilər 8. Kürd Boraki 9. Nəzirli 10. Kəranə 11. Saatlı 12. Məşədiimamqulular 13. Mirzəməmmədqulular 14. Bayramalılar 15. Bəhmənlər 16. Qaraqoyunlu-Salvar 17. Quşçular 18.1-Qarahacı 19. Həsənqaya 20. Mincivanlı 21. Cilovdarlı 22.Çullu Həsənriz

Bu inzibati ərazi bölgüsü Qarabağ regionunun qəzalarında 1910-cu ildə yenidən həyata keçirilməyə başladı. 1910-cu ildə Cavanşir qəzasında 3 kənd şöbəsi yaradıldı. Birinci şöbəyə bu kənd cəmiyyətləri Bərdə, Qeranin, Dorbatli, Ayridcin, Xoruzlu, Qaramanlı, Yevlağ, Qaradağlı, Borsunlu, Sarov, Talış, ikinci şöbəyə bu kənd cəmiyyətləri Ağəli, Alpaut, Xan-Ərəb, Köçərli, Nəmirli, Xan-Qaraqoyunlu, Səhləbad, Ləki, Şirvanlı, Marağalı, Mamırlı, Qılıçlı, üçüncü şöbəyə bu kənd cəmiyyətləri Can-Yataq, Kasapet, Həsən-Riz, Dovşanlı, Kiçik-Qarabəy, Orlovo-Denisov, Minqrel, Boy-Əhmədli, Sırxavənd, Çırağlı, İmarət-Qərvənd, Avaryan, Ayrım, Keşdağ, Asrik və Qoturlu daxil edildi (11, s.4)

İstinadlar

Həmçinin bax

Kateqoriya:Cavanşir qəzası Kateqoriya:1869-cu ildə yarananlar Kateqoriya:Azərbaycan tarixi Kateqoriya:Ermənistan tarixi