Şirəli Müslümov () — Dünyanın ən uzunömürlü sakinlərindən biri olduğu iddia edilmiş azərbaycanlı.

Həyatı Şirəli Məşədi Fərzəli oğlu Müslümov, iddialara görə, 1805-ci il və ya ən tez ehtimalla təxminən 1886-ci ildən sonra (ən erkən 1887) Lerik rayonunun Barzavu kəndində doğulub, 1973-cü ildə vəfat edib. O, 3 dəfə evlənmiş və 23 övlad sahibi olmuşdur.

1966-cı ildə Azərbaycan Kinostudiyası tərəfindən onun haqqında "Şirəli dağdan endi" adlı sənədli film çəkilmişdir. 136 yaşında qız atası olmuşdur.

Onun yaşını təsdiqləyən yeganə sənəd pasportu olub. Doğum haqqında şəhadətnaməsi və ya onu əvəz edən hər hansı sənəd olmadığından, onun yaşı şübhə doğurur.

Şirəli Müslümov haqqında yayımlanan məlumatlar SSRİ dövrünə təsadüf etdiyindən, 1800-cü illərdə əhalinin siyahıyaalınması, doğum tarixlərinin düzgün qeyd olunması və digər aidiyyati məsələlərin səhv olmaq ehtimalı da mövcuddur.

Şirəli Müslümovun atası Məşədi Fərzəli Müslüm oğlu 1843-cü ildə Barzavu kəndində doğulub.

Fransız tarixçisi və sosioloqu Moşep Ud Tovem XIX əsrin 60-cı illərində çap olunmuş özünün "Qafqaz xalqları və onların mədəniyyəti" əsərində Azərbaycana da xüsusi yer ayırmışdır. Həmin əsərdə 1800-ci ildə əhalinin, əsasən də, siyahıya alınması yaş və doğum məsələlərinə aid olan bölməsində, Lerik (Zuvand-1930) camaatının düzgün siyahıya alınmasının həmin dövrdə qeyri-mümkün olmasını, yerləşdiyi çətin dağlıq şəraitinin, cənub mərkəzi ilə əlaqələrin və s. olmamasını yazmışdır. Sosioloq Şirəli Müslümovun doğum tarixinin düzgün olmamasını göstərməklə, 100 ilə yaxın yaşamasını, ölüm tarixinin isə 1973-cü ilə təsadüf etdiyini də qeyd etmişdir.

İstinadlar

Həmçinin bax

Lerik Uzunömürlülər Muzeyi Mahmud Eyvazov Məcid Ağayev

Xarici keçidlər Shirali Mislimov, 165 jaar, USSR, maait Lənkəranlı tarixçi-şəcərəsünas Rəzzaq Xansuvarov 168 il yaşadığı deyilən və 133 ... Facebook · Bizim Lənkəran 3 yan 2025

Kateqoriya:Azərbaycan uzunömürlüləri Kateqoriya:Talış uzunömürlülər Kateqoriya:Ginnesin Rekordlar Kitabına düşənlər Kateqoriya:Lerik rayonunda doğulanlar Kateqoriya:Lerik rayonunda vəfat edənlər Kateqoriya:Azərbaycan talışları Kateqoriya:Azərbaycan çobanları