Həzi Aslanov — Azərbaycan Respublikasının Ağstafa rayonunun Qarayazı qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Meyvə tingliyi sovxozu yanında salınmışdır. Tank qoşunları qvardiya general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun (1910-45) şərəfinə adlandırılmışdır. Memorial toponimdir.
Təhsil 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılmasına 5 aprel 2018-ci il tarixli "Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı"na əsasən 230 000 manat vəsait ayrılmışdır.
İstinadlar
Kateqoriya:Ağstafa rayonunun qəsəbələri Kateqoriya:Həzi Aslanovun şərəfinə adlandırılmış yaşayış məntəqələri