Tağıyev Baba Əli oğlu () — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı.
Həyatı Baba Tağıyev 1961-ci il iyulun 18-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Muğanlı kəndində anadan olmuşdur. Xarkov Kənd Təsərrüfatı İnstitutunun bitki mühafizəsi fakültəsini bitirmişdir. Rus, ingilis və fransız dillərini bilir.
1985-ci ildən Abşeron rayonunda bioloji laboratoriyanın aqronomu, baş aqronomu, direktor müavini olmuşdur. 1990-cı ildən Respublika Mərkəzi Laboratoriyasının direktor müavini, baş direktoru vəzifələrində çalışmışdır. 1989-cu ildə özəl sahibkarlıq fəaliyyətinə başlamışdır. 1999-cu ildən "Tağıyev" şirkətlər qrupunun qurucusu və təsisçisidir.
İctimai-siyasi fəaliyyəti 2005-ci ildə II çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Parlamentin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvüdür. Azərbaycan-Belçika, Azərbaycan-Fransa, Azərbaycan-Lüksemburq, Azərbaycan-Türkiyə, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
2009-cu ildə "İrəli Azərbaycan" İctimai Birliyinin sədri olmuş, 2010-cu ildə Dünya Azərbaycanlıları Konqresinin idarə heyətinin üzvü seçilmişdir.
Mənbə
Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı
İstinadlar
Kateqoriya:Azərbaycan Milli Məclisinin III çağırış deputatları