Yuri Vladimiroviç Andropov () — sovet dövlət və partiya xadimi, 1982–1984-cü illərdə Sov.İKP MK-nın baş katibi, 1983–1984-cü illərdə SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri (1967–1982).
Həyatı 1914-cü il 15 iyunda Stavropol quberniyasında anadan olmuşdur.Andropovun yaxın ətraflarına dediklərinə görə o bir il geç doğulub, texnikuma daxil olmaq üçün yaşını bir il artırıbсм. " Atam məhz 1914-cü ildə doğulub" (Y. Andropovun birinci kəbindən qızı yevgeniya Volkova) ("Караван-РОС" qəzeti, Yaroslavl qəzeti, 28.06.2004).,Bəzi mənbələrdə stanisa, bəzilərində dəmir yol stansiyası.
Komsomol hərəkatlarının fəal iştirakçısı olmuş və 1939-cu ildə ÜİK(b)P sıralarına daxil olmuşdur. 1938–1940-cı illərdə RSFSR Yaroslavl vilayət komsomol təşkilatının rəhbərlərindən biri təyin edilmişdir. Daha sonralar Karel-Fin SSR-in komsomol təşkilatının rəhbəri olmuşdur. Böyük Vətən müharibəsindən sonra Karel-Fin Kommunist Partiyası MK-nın 2-ci katibi kimi fəaliyyət göstərmişdir.
1951-ci ildə Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi aparatına işə keçirilir. 1953-cü ildə Macarıstana SSRİ səfiri göndərilir və 1956-cı ildə, məhz onun birbaşa iştirakı ilə ölkəyə sovet qoşunları daxil olur. Öz "funksiyasını" yerinə yetirdikdən sonra Moskvaya geri çağrılır və Sov. İKP MK-ya şöbə müdiri təyin edilir.
1961-ci ildə Sov. İKP-nin XXI qurultayında o, partiya Mərkəzi Komitəsinin üzvü seçilir, daha sonra isə, Sov. İKP MK katibi kimi fəaliyyət göstərir. 1967-ci ildə partiya fəaliyyətindən SSRİ Dövlət Təhlükəsizlik Komitəsinə sədr göndərilir. Dövlət Təhlükəsizlik Komitəsi-nin rəhbəri kimi 1967-ci ildə partiyanın ali orqanı olan MK Siyasi Bürosu üzvlüyünə namizəd, 1972-ci ildə Siyasi Büroya üzv seçilir. Öz fəaliyyətini o, əsasən, antisovet və dissident hərəkatına qarşı mübarizəyə həsr edir. 1976-cı il 10 sentyabrda ona ordu generalı hərbi rütbəsi verilir.
Mixail Suslovun vəfatından sonra, Andropov 1982-ci ilin 24 mayında SSRİ Dövlət Təhlükəsizlik Komitəsi sədri postundan Sov.İKP MK-nın katibi vəzifəsinə keçirilir. Daha sonralar, 1982-ci ilin 12 noyabrında Andropov Sov. İKP MK-nın Plenumunda MK-nın Baş Katibi seçilir. SSRİ Ali Sovetinin Rəyasət Heyyətinin sədri seçilir.
Andopov, rəhbərliyi dövründə ölkədəki sosial-iqtisadi problemlərin həllinə ciddi diqqət yetirməyə başlayır. Ancaq, bunun üçün islahatlar ancaq əmək intizamının möhkəmlənməsi ilə bitir, o, sovet siyasi siteminin əsaslarına toxunmur.
Yuri Andropov 9 fevral 1984-cü ildə uzun sürən xəstəlikdən sonra vəfat edib.
Y. Andropov sovet və post sovet araşdırmalarında qətiyyətli və ziddiyyətli dövlət xadimi kimi xarakterizə edilir.
thumb|alt=Şəkil|SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri Yuri Andropovun xidməti vəsiqəsi
İstinadlar
Kateqoriya:SSRİ rəhbərləri Kateqoriya:SSRİ Ali Sovetinin III çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin X çağırış deputatları Kateqoriya:Böyrək çatışmazlığından vəfat edənlər Kateqoriya:Rusiya ateistləri Kateqoriya:SSRİ Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:Sov.İKP-nin XXV qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXIV qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXIII qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXVI qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXII qurultayının nümayəndələri Kateqoriya:RSFSR Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:RSFSR Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin III çağırış deputatları Kateqoriya:Əfqanıstan müharibəsi (1979–1989) iştirakçıları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin VI çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin VII çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin VIII çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin IX çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin X çağırış deputatları Kateqoriya:SSRİ Ali Soveti Rəyasət Heyətinin üzvləri Kateqoriya:SSRİ Ali Soveti Rəyasət Heyətinin sədrləri Kateqoriya:Time jurnalının "İlin adamı" Kateqoriya:SSRİ diplomatları Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin şöbə müdirləri