Behbudovlar — Azərbaycan xalqının tanınmış soylarından biri. Soyun yaranması thumb|right|300px|Behbudovların evi,Üçoğlan, XIX əsr Bu soy Cavanşir elinin Sarıcalı oymağından yaranıb. Soyun ilk patronu Behbudəli ağa Ibrahimxəlil ağa oğlu Sarıcalı obasında anadan olmuşdu. Pənahəli xanın qardaşıdır. Mədrəsə təhsili almışdı. Xanlığın qurucularından biri idi. Qarabağ qoşununa sərkərdəlik etmişdi.

Behbudəli ağa Qızxanım xanımla ailə qurmuşdu. Əbdüssəməd bəy, Mirzalı bəy, Qasım bəy adlı oğulları vardı.

Behbudovlar və yaxud Behbudalılar Qarabağda tanınmış, sayılan-seçilən bir soy olublar. Soyun patronu Behbudəli ağa Pənahəli xanın qardaşı və xanlığın qurucularından idi. Onun oğulları da xanlığın üzdə olan adamlarından, seçkin bəylərdən sayılırdılar. Tarixçi Mirzə Camal Cavanşir Qarabaği yazırdı ki, İbrahimxəlil xanın qardaşları, qardaşı oğlanları, öz övladları və əmisi uşaqları məruf bəy olub, mal-dövlət, nökər və cəlal sahibi idilər. Onların hər biri başqa vilayətlərin xanlarına bərabər idi. Behbudəlilər Azərbaycan tarixində iz qoyublar. Xalqımızın elm, mədəniyyət, incəsənət və ədəbiyyat sahəsinə öz töhfəsini veriblər.

Azərbaycanın azadlıqı uğrunda ermənilərə qarşı mübarizə aparmış, Azərbaycan Cümhuriyyəti dövründə Şuşa qəzasının polis rəisi olmuş, Xan Şuşinskinin dayısı. Yusif bəy Behbudov (1896 Şuşa- Bakı). 1937-ci ildə tutulub 10 il həbs alıb. Bir müddət də sürgündə yaşamışdı. Sürgündən dönəndən sonra vəfat etmişdir.

Soyun məşhur nümayəndələri Şəkil Adı və soyadı Həyatı Vəzifəsi Rütbəsi, çiniHacı Ağalar xan Cavanşir1758–1834Sərkərdə Kapitan (Rusiya), general-mayor (İran)Rüstəm bəy Cavanşir1772–1843MöhrdarMayorYusif bəy Behbudov1896 — |Selekçiyaçı, zootexnikcenter|50pxSəlim bəy Behbudov1885–1942Redaktor, tərcünəçiMirzəli bəy Behbudov1886–1937VəkilƏli bəy Behbudov1870–1937Pedaqoqcenter|50pxLütfəli bəy Behbudov1877–1919MühəndisVaqif Behbudov1938Rejissor, operatorBaba bəy Behbud1897–1970Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabiti

Mənbə Ənvər Çingizoğlu, Behbudovlar, Bakı, "Mütərcim", 2008, 164 səh.

Həmçinin bax Qarabağ Şuşa