Leyb-Qvardiyanın Qafqaz eskadronu — Leyb-Qvardiya-Rusiya imperatorlarını mühafizə edən xüsusi birlik idi. 18 may 1811-ci ildə mühafizə xidməti, 18 noyabr 1856-cı ildə isə Qafqaz eskadronu yaranıb. Bu birlik bir neçə eskadrondan ibarət idi. Əsası Qafqaz eskadron sayılırdı. Bu eskadron özündə 4 taqımı birləşdirirdi. 1-ci taqım-provaslav gürcü knyaz və zadəganlarından ibarət gənclərdən 2-ci taqım-Terski diyarının əsilzadə dağlı gənclərindən 3-cü taqım-Dağıstanın və Acarıstanın əsilzadə gənclərindən 4-cü taqım-Zaqafqaziyanın müsəlman xan və bəy soylarından ibarət gənclərdən
Digər qvardiyalardan fərqli bu eskadron birbaşa Sankt-Peterburq hərbi dairəsinə bağlı idi. Bu eskadron imperatoru və məiyyətini müşayiət edirdi. Çarın qərar tutduğu Krasno Selo (Красно Село) düşərgəsində yerləşirdi. Eskadronun bəzi üzvləri Krım müharibəsində və 1877–1878 Rusiya-Osmanlı müharibəsində rus ordusunun tərkibində iştirak ediblər. Rusiya imperatorununun konvoyunda xidmət göstərən sonuncu azərbaycanlı 1903-cü ilin aprel ayında Leyb-Qvardiyanın Kuban eskadronunda sotnik rütbəsində xidmətə başlamış Aleksandr Rzaqulu Mirzə olub.Azərbaycanlılar Rusiya imperatorlarının konvoyunda Eldar Elxan oğlu İsmayılov, İrs jurnalı, № 2 (80), 2016 30.03.1917-ci ildə eskadron buraxılıb.
Eskadronun azərbaycanlı qvardiyaçıları Fərəc bəy Ağayev Hacı Səfərəli bəy Səfərbəyov Rüstəm bəy Mirzəyev Səlim bəy Rüstəmbəyov Şəfi bəy Fətəlibəyov İsmayıl ağa Bədirbəyov Əsəd bəy Səlimxanov Bala xan Şirvanski Cavad bəy Əmircanov İsa bəy Abdinov Aleksandr Rzaqulu Mirzə Rzaqulu mirzə Qovanlı-Qacar Fətəli mirzə Qovanlı-Qacar
Mənbə Галушкин Н. В. Собственный Его Императорского Величества Конвой, М., 2004 . Первое издание Сан-Франциско, 1961.
Həmçinin bax
Kateqoriya:Rusiya imperiyasının hərb tarixi Kateqoriya:Hərbi birləşmələr Kateqoriya:Cangüdənlər