Cozef Piter "Co" Pantoliano () — amerikan film və televiziya aktyoru. Emmi mükafatının sahibi.http://www.imdb.com/name/nm0001592 EMMI Award Əsasən "Matris" və "Memento" filmlərindəki rollarına görə məşhurluq qazanmışdır. Yüzdən çox film və serialda çəkilib.

Bioqrafiya Co Pantoliano 12 sentyabr 1951-ci ildə ABŞ-nin Hoboken şəhərində, italyan ailəsində anadan olub. Hal-hazırda keçmiş model xanımı Nensi Şepard və dörd övladı ilə birlikdə yaşayır.

Karyerası 1987-ci ildə o, Stiven Spilberqin "Günəş imperiyası" filmində Frenk Demarast rolunda çəkilir. 1999-cu ildə məşhur Matriks üçlüyündən birinci hissəsində baş rollardan birini, Sayfer rolunu ifa edir.

2003-cü ildə Pantoliano Soprano ailəsi teleserialındakı Ralf Sifaretto roluna görə Emmi mükafatı ilə mükafatlandırılır.

2007-ci ilin oktyabrında Co ictimaiyyətə müraciət edərək deyir ki, "Canvas" filmi onu dərin depressiyaya salıb və o belə problemləri olan insanlara yardım üçün cəmiyyət yaratdığını elan edir. Xroniki disleksiyadan əziyyət çəkir (oxumaq qabiliyyəti olmayan).

Filmoqrafiya Körpə gəzintidə (film, 1994) Memento (film, 2000)

Mükafatlar 2003 — Emmi mükafatı — Soprano ailəsi teleserialında "Dramatik serialda ikinci dərəcəli ən yaxşı aktyor" kateqoriyasına görə

İstinadlar

Xarici keçidlər Rəsmi saytı

Kateqoriya:ABŞ aktyorları Kateqoriya:Emmi mükafatı laureatları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:ABŞ televiziya aktyorları