Dərəkənd (əvvəlki adı: Zamzur) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Dərəkənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli 428 saylı Qərarı ilə Xocavənd rayonunun Zamzur kəndi Dərəkənd kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Dərəkənd kəndi 9 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Toponimikası XIX əsrdə ermənilər burada məskunlaşdırıldıqdan sonra kəndin adı Zamzur (zam/cam qədim türk dillərində "bataqlıq" və zur İran dillərində "dərə") kimi rəsmiləşdirilmişdi. 1992-ci ildən kənd yerləşdiyi mövqeyə görə Dərəkənd adlandırıldı.
Tarixi
Tarixi abidələri Dərəkənd kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi4341MəbədXVII əsrDərəkənd kəndiMemarlıqYerli
Coğrafiyası və iqlimi Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Əhalisi İl Daimi əhali Kişilər Qadınlar1999XXXXXXXXXXXX2009↗XXXX↗XXXX↗XXXX
İstinadlar
Həmçinin bax
Kateqoriya:Xocavənd rayonunun kəndləri Kateqoriya:Dərəkənd (Xocavənd) kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri