Almaniya Demokratik Respublikası (ADR, qeyri-rəsmi adı Şərqi Almaniya) — İkinci Dünya müharibəsindən sonra Almaniyanın bölünməsi nəticəsində Mərkəzi Avropada yaradılan keçmiş sosialist dövləti. AFR, ÇSSR (indiki Çexiya və Slovakiya) və PXR (indiki Polşa) ilə həmsərhəd idi. Şimaldan Baltik dənizi ilə hüdudlanırdı. Sahəsi 108,2 min km., paytaxtı Berlin idi. Əsas şəhərləri Leypsiq, Drezden, Frankfurt-Oder, Erfurt, Rostok və Kotbus sayılırdı. ADR konstitusiyası əvvəlcə 1949-cu il oktyabr ayının 7-də, sonra isə 1968-ci ildə qəbul olunmuşdu. Dövlət hakimiyyətinin ali orqanı əhalinin 5 il müddətinə seçdiyi Xalq Palatası idi. Xalq Palatası Dövlət Şurasının sədrini və üzvlərini, hökuməti (Nazirlər Şurası), Milli Müdəfiə Şurasının sədrini, Ali Məhkəmə üzvlərini və Baş prokuroru seçirdi.

1990-cı ildə ADR Almaniya Federativ Respublikası ilə birləşmişdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Almaniya tarixi Kateqoriya:7 oktyabrda yarananlar Kateqoriya:1949-cu ildə yarananlar Kateqoriya:1990-cı ildə ləğv olunanlar Kateqoriya:Soyuq müharibənin tarixi dövlətləri Kateqoriya:Ostalgiya Kateqoriya:Almaniya Demokratik Respublikası Kateqoriya:Bölünmüş regionlar Kateqoriya:Tarixi dövlətlər Kateqoriya:Şərq bloku Kateqoriya:Birpartiyalı sistem Kateqoriya:1949-cu ildə Almaniyada yarananlar