Şıx Dursun (əvvəlki adı: Sıxtoraşen) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Qırmızı Bazar qəsəbə inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli 428 saylı Qərarı ilə Xocavənd rayonunun Sıxtoraşen kəndi Şıx Dursun kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Şıx Dursun kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19–20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının nəzarətinə qayıdıb.

Toponimikası XIX əsrin 20-ci illərində İrandan köçüb gəlmiş erməni ailələri burada məskunlaşdıqdan sonra kəndi Sıxtoraşen (erm. "sarımsaqlı kənd") adlandırmışdılar. 1992-ci ildə kəndin əvvəlki adı bərpa edilmişdir. Kənd Şeyx Dursun adlı şəxsin adını daşıyır.

Tarixi

Tarixi abidələri Şıx Dursun kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi247MəbədXII əsrŞıx Dursun kəndiMemarlıqÖlkə

Coğrafiyası və iqlimi Kənd Köndələnçayın (Arazın qolu) sahilində yerləşir.

Əhalisi İl Daimi əhali Kişilər Qadınlar1999XXXXXXXXXXXX2009↗XXXX↗XXXX↗XXXX

İstinadlar

Həmçinin bax

Kateqoriya:Xocavənd rayonunun kəndləri Kateqoriya:Qırmızı Bazar qəsəbə inzibati ərazi dairəsindəki yaşayış məntəqələri