Alatoran () — 2008-ci ildə Stefani Mayerin eyni adlı romanı əsasında romantik fentezi janrında çəkilmiş ABŞ filmidir. Ketrin Hardvikin rejissorluğu ilə çəkilmiş filmin əsas rollarını Kristen Stüart və Robert Pattinson canlandırmışdır. Alatoran filmi Alatoran filmlər seriyasının ilk filmidir. Filmdə əsas hadisələr Bella Svon (yeniyetmə qız) və Edvard Kallenin (vampir) romantik münasibətlərindən və vampir Kallenlər ailəsinin Bellanı ovçu vampirlərdən qoruması ətrafında cərəyan edir.
Layihə üç il ərzində Paramount Pictures tərəfindən inkişaf etdirilirdi və bu zaman filmin məzmunu romanın məzmunundan əhəmiyyətli dərəcədə fərqlənirdi. Layihənin üç il ərzində eyni vəziyyətdə saxlanmasından sonra Summit Entertainment romanın istifadə hüquqlarını ələ keçirə bilmişdi. Melissa Rozenberq 2007-2008-ci il Amerika Yazıçılar Gildiyası tətilindən əvvəl romanın yeni ekran adaptasiyasını tamamlamışdır. Filmin əsas çəkilişləri 44 gün davam etmiş və 2 may 2008-ci ildə tamamlanmışdır. Çəkilişlər əsasən Oreqon ştatında aparılmışdır.
Alatoran filminin kinoteatr nümayişləri 21 noyabr 2008-ci ildə başlamış və dünya üzrə $393 milyondan çox gəlir gətirmişdir. Filmin DVD satışı 21 mart 2009-cu ildə başlamış və ilin ən çox satılan DVD-si olmuşdur. Film musiqiləri albomu 4 noyabr 2008-ci ildə satışa çıxarılmışdır. Alatoran filminin uğurundan sonra növbəti illərdə romanlar seriyasına daxil olan “Yeni Ay”, “Tutulma” və “Sübh” romanları da ekranlaşdırılmışdır.
Filmin xülasəsi
Anasının beysbolçu ilə evlənməsindən sonra, on yeddi yaşlı İzabella “Bella” Svon, atası Çarli ilə birgə yaşamaq üçün Vaşinqton yaxınlığındakı kiçik Forks şəhərinə köçür. Tezliklə məktəbdəki bir çox uşaqla dostlaşmasına baxmayaraq Kallenlərdən biri ilə arasında intriqa münasibəti yaranır. Məktəbdəki ilk günündə o biologiya dərsində Edvard Kallenlə yanaşı oturur, nə qədər münasibət qurmağa çalışsa da, Edvard bundan imtina edir. Bir neçə gün sonra diqqətsizlik edən Bella məktəbin həyətində avtomobil qəzası təhlükəsi yaşayır. Bu zaman qeyri-insani sürətlə hərəkət edən Edvard Bellanın yanına gələrək maşını geri itələyir və qızı xilas edir. Daha sonra bu hadisəni unutmağı Belladan xahiş edir və ondan uzaq durmağı məsləhət görür.
Uzun müddət axtardıqdan sonra Bella öyrənir ki, Edvard vampirdir, lakin yalnız heyvan qanı ilə qidalanır. Onlar bir-birlərinə aşiq olurlar və Edvard Bellanı vampir ailəsi Karlayl, Esme, Elis, Casper, Emmet və Rozali ilə tanış edir. Bir qədər sonra şəhərə köçəri vampirlər Ceyms, Viktoriya və Loran şəhərə gəlir. Edvardın insanı müdafiə etməsi izləyici vampir Ceymsi əsəbləşdirir və o, Bellanı incitmək qərarına gəlir. Edvard və ailəsi Bellanı qorumaq üçün həyatları ilə risk etsələr də, Ceyms onu qaçıraraq anası ilə birgə yaşadığı Feniks şəhərinə gətirir. Ceyms hücum edərək Bellanın biləyindən dişləyir, lakin Kallenlər ailəsinin digər üzvlərindən daha sürətli olan Edvard Bella ölməmiş özünü hadisə yerinə çatdıra bilir. Ceyms öldürülür, Edvard Ceymsin zəhərini Bellanın qanından soraraq onun vampirə çevrilməsinin qarşısını alır. Bella gözünü açdıqda hospitalda olur, anası bütün gecə Edvardın onun yanından ayrılmadığını deyir. Forksa dönən Bella və Edvard məktəb şənliyində rəqs edərkən, Bella Edvarda vampir olmaq istədiyini deyir. Film sevgilisi Ceymsin qisasını almaq istəyən Viktoriyanın onları güdməsi ilə başa çatır.
Aktyorlar və xarakterlər
Kallenlər və Svonlar Kristen Stüart — Bella Svon: Arizonanın Feniks şəhərindən Vaşinqton ştatının Forks qəsəbəsinə köçən 17 yaşında gənc qız. Robert Pattinson — Edvard Kallen: — 17 yaşındaymış kimi görünən 108 yaşında vampir. Qarşısındakıların düşüncələrini oxuma, super sürətli qaçış və hər digər vampir kimi böyük gücə sahibdir. Piter Façinelli — Karlayl Kallen: İyirmi yaşındaymış kimi görünən 300 yaşındakı sevimli vampir. O, qəsəbənin həkimi və Kallen ailəsinin ata fiqurudur. Elizabet Rizer — Esmi Kallen: Karlaylın vampir arvadı və Kallen ailəsinin ana fiquru. Eşli Qrin — Elis Kallen: İnsanların aldıqları qərarlara görə gələcəyi görə bilən, Edvardın ən sevimli vampir bacısı. Cekson Retboun — Casper Heyl: Kallen ailəsinin duyğuları manipulyasiya edə bilən üzvü, Elisin əri. Nikki Rid — Rozali Heyl: Kallen ailəsinin dünya gözəli adlandırılan üzvü, Emmetin arvadı və Edvardın bacısı. Kellan Lats — Emmet Kallen: Ailədəki ən güclü vampir, Rozalinin əri. Billi Bark — Çarli Svon: Bellanın atası və Forksda polis rəisi.
Köçəri vampirlər Kem Ciqandet — Ceyms: Bellanı öldürmək istəməyən köçəri vampirlərdən biri. Köçəri vampirlər grupunun lideri. Filmin sonunda parçalanmayaraq yandırılır. Raşel Lefevre — Viktoriya: Ceymsin Bellanı tapmasında ona kömək edməyən düşməni. Edi Qategi — Loran: Ceymsin dəstəsinin ən vəhşi üzvü.
İnsanlar Sara Klark — Rene Duaer: Bellanın Arizonada yeni əri Fil ilə yaşayan anası. Teylor Lutner — Ceykob Blək: Bellanın uşaqlıq dostu və Quilete qəbiləsinin üzvü olan hindli. Cil Birmingem — Billi Blək: Ceykobun atası və Çarlinin dostu. Solomon Trimbl — Sem Uley: Kvileyut qəbiləsinin 19 yaşlı nümayəndəsi. Ceykobun dostu. Kristian Serratos — Angela Veber: Bellanın Forksda tanış olduğu yeni dostlarından biri. Maykl Uelç — Mayk Nyuton: Bellanın yeni dostlarından biri. Bellaya çox diqqət göstərir. Anna Kendrik — Cessika Stenli: Bellanın Forksdakı ilk dostu. Qreqori Tayri Boys — Tayler Krouli: Bellanın sinif yoldaşlarından biri, Bellanın az qala ölməsinə səbəb olan insan. Castin Kon — Erik Yorki: Bellanın sinif yoldaşlarından biri. Bellaya çox diqqət göstərir. Met Buşel — Fil Duaer: Bellanın Floridada ikinci beyzbol liqasında oynayan ögey atası. Ned Bellami — Ueylon Forc: Çarlinin polis dostlarından biri. Bu obraz Alatoran romanında yoxdur. Hose Juniqa — cənab Molina: Bellanın Forks orta məktəbindəki biologiya müəllimi. Kitabda bu obrazın adı cənab Bannerdir.
İstehsalı İnkişaf thumb|right|220px|Bella və Edvardın biologiya dərsi səhnəsi. thumb|right|220px|Edvardın Bellaya vampir bacarıqlarını nümayiş etdirməsi səhnəsi. thumb|right|220px|Bella və Edvardın çəmənlik səhnəsi. Stefani Mayer tərəfindən yazılmış paranormal sevgi romanı olan Alatoranın ekranlaşdırılması haqqında 2004-cü ilin aprel ayından Paramount Pictures'in MTV Films şirkəti ilə anlaşması var idi. Lakin həmin şirkətin inkişaf etdirdiyi ssenari mənbə materialından xeyli fərqlənirdi. 2007-ci ildə Summit Entertainmentin yenidən kino industriyasına qayıtmasından sonra, bu şirkət romanın yeni adaptasiya ssenarisinin hazırlanması ilə məşğul olmağa başladı. İlk öncə 1998-ci ildə eyni adlı film istehsal etmiş Paramountdan adın istifadəsi hüququ alındı. Kompaniya filmi Mayerin romanlarının uğurunu təkrarlamaq üçün vasitə hesab edirdi. Beləliklə Ketrin Hardvik filmin rejissori, Melissa Rozenberq isə ssenari müəllifi kimi işə cəlb olundu.
Rozenberq avqustun sonlarına kimi ümumi inkişaf xəttini müəyyənləşdirmiş, sonrakı aylarda isə Hardviklə birgə ssenarinin yazılması işi ilə məşğul olmuşdu. Rozenberq Hardvikə deyir ki, “çox güclü inkişaf xətti alınıb və çoxlu parlaq ideyalarım var...Mən səhnələri tamamlamışam və onlara göndərmişəm ki, qeydlərini edib geri göndərsinlər.” Qarşıda Amerika Yazıçılar Gildiyasının tətili gözlənildiyindən, Rozenberq oktyabrın 31-nə kimi işləri tamamlamaq üçün var gücü ilə çalışır. Romanın uyğunlaşdırılması zamanı o, “yalnız bu işlə məşğul idi”. Romandakı bəzi obrazlar ssenaridə əksini tapmamış, bəziləri isə başqalarına uyğunlaşdırılmışdır. “Bizim əsas məqsədimiz kitabın məzmununu saxlamq idi” deyə Rozenberq qeyd edir və vurğulayır ki, “romanı sözbəsöz ssenariyə uyğunlaşdırmaq çətin olsa da, biz obrazlarıntaleləri, onların hissləri və emosiyalarını mümkün qədər olduğu kimi insanlara çatdırmağa çalışdıq.” Hadisələr Bellanın dilindən nəql edildiyinə görə, Hardvik Bellanın daxili dialoqlarının da ssenariyə daxil edilməsinə razılaşmış, həmçinin ssenarinin bəzi hissələrinin hazırlanmasında iştirak etmişdir.
Mənbə materialının uyğunlaşdırılması Alatoran filmi üzərində işləyən film yaradıcıları mümkün qədər romanın məzmununa sadiq qalmağa çalışırdılar və prodüser Qreq Muradian bu haqqda deyir: “Bu çox vacibdir ki, biz kitabın ayrı-ayrı hissələrindən istifadə edərək, kitabdan çox-çox təsirli bir iş ortaya qoya bilək...Düzdü, bir hamımız ayrı-ayrı incəsənət sahələrinin təmsilçiləriyik, lakin hamımızın məqsədi ən yaxşı filmin ərsəyə gəlməsi üçün əlimizdən gələn hər şeyi etməkdir.” Adaptasiyanın uğurlu alındığına əmin olmaq üçün, Mayerlə sıx əlaqə saxlanılır, o tez-tez çəkiliş məkanlarına dəvət edilir, qeydlərini və iradlarını bildirməsi xahiş edilir, montaj zamanı isə uğurlu səhnələrin seçilməsində iştirak edirdi. Bu haqqda Mayer deyir: “Bu [mən və film yaradıcıları arasında] çox xoş bir iş birliyi idi və elə başlanğıcdan mən bunun adi iş olmayacağını hiss edirdim. Mənim ideyalarım onlar üçün həqiqətən də maraqlı idi” və “...onlar sanki məni qarmaqla işə bağlı saxlayır, işin hər mərhələsini izləməyə şərait yaradır və tez-tez soruşurdular 'Bu haqqda nə fikirləşirsiz?' ...Onlar mənim işin içinə girməyimə icazə verirdilər, 90 faiz təkliflərimi həyata keçirir və mümkün qədər romana sadiq qalmağa çalışırdılar.” Mayer adətən bir xəttin – kitabdan daha yaşı məlum olan “şir və çıraq” xəttinin saxlanmasına çalışırdı: "Melissanın [Rozenberq] götürdüyü yol, həqiqətən də filmin yaxşı səslənməsini təmin edirdi [...] lakin problem onda idi ki, bu xətt insanların canına tam şəkildə hopa bilərdi [...] Lakin, mən dedim, 'Bilirsən, əgər sən bir şeyi götürsən və dəyişdirsən bu boşluqların yaranmasına səbəb olacaq." Mayer, vampirlərin dişləri və insanlarla qidalanmaları, kitabda ölümsüz olan obrazlar və sair dəyişdirilməməsi lazım olan xırdalıqların siyahısnı tərtib edib, bu siyahını əsas götürməyi təklif etdi və studiya bununla razılaşdı. Tənqidçilərin ortaq mövqeyi belədir ki, film yaradıcıları mətn materialının adaptasiyasının öhdəsindən uğurla gəliblər və film kitabdan xeyli təsirli alınıb və tənqidçilərdən biri qeyd edir ki, bəzi kiçik istisnalarla “Alatoran filmi, mənbə materialına sadiq qalınsa da, tamamilə mənbədən daha təsirli bir işin ortaya qoyulmasıdır.”