Quba yorğası və ya Quba atı — Azərbaycanın yerli at cinslərindən biridir.
Haqqında Quba yorğası Azərbaycanın yerli at cinslərindən biridir. Rahat yorğa yerişi ilə fərqlənir. Bu atlar əsasən Quba, Dərbənd qismən də Bakı və Şamaxı qəzalarında yayılıb. Süysünün hündürlüyü 136 sm, bədənin çəpinə uzunuğu 136 sm, döş qucumu 157,2 sm, incik qucumunun çevrəsi isə 17,6 sm-dir. Rəngi əsasən kəhərdir. İlxı şəraitinə davamlı, konstitusiyası quru və möhkəmdir. Ayaqları qısa olduğundan sürətlə qaça bilmir. 1600 m məsafəni 3 dəqiqə 25,4 saniyəyə qət edir. Quba yorğası ərəb və "Terek" at cinsləri ilə yaxşılaşdırılır.
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Azərbaycanın at cinsləri