Şahvələdli — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Cəbrayıl şəhər inzibati ərazi dairəsində kənd. Qarabağ silsiləsi ətəyindədir. Yerli əhalinin məlumatına görə XIX əsrdə Şahvələd adlı şəxs salmışdır.Azərbaycan toponimlərinin Ensiklopedik lüğəti II cild, Bakı “Şərq-Qərb”, 2007, 304 s.
Tarixi 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
30 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Toponimikası Qarabağ silsiləsinin ətəyindədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrdə Şahvələd adlı şəxs salmış, kənd də onun törəmələrinin adı ilə adlandırılmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
İqtisadiyyatı Əsas təsərrüfatı heyvandarlıq idi.
Həmçinin bax Cəbrayıl rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Cəbrayıl Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Cəbrayıl rayonunun kəndləri