Mohandas Karamçand "Mahatma" Qandi (, , ) — Hindistan Azadlıq Hərəkatının siyasi və ruhani lideri, milliyətçi.
Gerçəklik və pisliyə qarşı, amma özündə şiddət ehtiva etməyən müqavimətlə bağlı olan Satyaqraxa fəlsəfəsinin qabaqcıl nümayəndələrindəndir. Bu fəlsəfə Hindistanı azadlığa çıxartmış, Dünya üzrə vətəndaş haqq və azadlıqları müdafiəçilərinə ilham qaynağı olmuşdur. Qandi Dünyada ona Rabindranat Taqor tərəfindən verilən və "Ulu ruh" mənasını daşıyan "Mahatma"McGregor, Ronald Stuart (1993). The Oxford Hindi-English Dictionary . Oxford University Press. p. 799. ISBN 978-0-19-864339-5. Retrieved 31 August 2013. Quote: (mahā- (S. "great, mighty, large, …, eminent") + ātmā (S. "1.soul, spirit; the self, the individual; the mind, the heart; 2. the ultimate being."): "high-souled, of noble nature; a noble or venerable man." () və ata mənasını daşıyan "Bapu"McAllister, Pam (1982). Reweaving the Web of Life: Feminism and Nonviolence . New Society Publishers. p. 194. ISBN 978-0-86571-017-7. Retrieved 31 August 2013. Quote: "With love, Yours, Bapu (You closed with the term of endearment used by your close friends, the term you used with all the movement leaders, roughly meaning 'Papa.'" Another letter written in 1940 shows similar tenderness and caring. () adları ilə də tanınır. Hindistanda rəsmi şəkildə "Xalqın atası" elan edilmişdir."Gandhi not formally conferred 'Father of the Nation' title: Govt" , The Indian Express Qandinin doğum günü olan 2 oktyabr Hindistanda "Qandi Cayanti" adı ilə milli tətil günü kimi qeyd olunur. 15 iyun 2007-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi yekdilliklə 2 oktyabrı "Ümumdünya zorakılığa yox günü" olaraq elan etmişdir.Chaudhury, Nilova. "October 2 is global non-violence day" . hindustantimes.com (Hindustan Times)"General Assembly adopts texts on day of non-violence,…" . un.org (United Nations).
Qandi əvvəlcə Cənubi Afrikada Hind toplumunun vətəndaşlıq haqları uğrunda sülhsevər etiraz həyata keçirmişdi. Afrikadan Hindistana geri qayıtdıqdan sonra yoxsul əkinçi və işçiləri ağır vergi siyasəti və ayrı-seçkiliyə qarşı təşkilatlandırdı. Hindistan Milli Konqresinin liderliyini öz üzərinə götürərək yoxsulluğun azaldılması, qadın azadlıqları, müxtəlif din və etnik qruplar arasında qardaşlıq, kasta və toxunulmazlıq ayrı-seçkiliyinə son qoymaq, ölkənin özünü iqtisadi baxımdan təmin etməsi və ən önəmlisi olan Svarac, yəni Hindistanın müstəmləkə vəziyyətindən qurtulması istiqamətində ölkə miqyasında təbliğat həyata keçirdi. Qandi Böyük Britaniyanın Hindistandan aldığı duz vergisinə qarşı 1930-cu ildə həyata keçirdiyi 400 kilometrlik "Duz yürüşü" ilə ölkəsinin Böyük Britaniyaya qarşı çıxmasına rəhbərlik etmişdir. 1942-ci ildə açıq şəkildə Böyük Britaniyanın ölkəni tərk etməsini istədi. Həm Cənubi Afrika, həm də Hindistanda bir neçə dəfə həbs edildi.
Qandi hər vəziyyətdə pasifizm və realizmi müdafiə edərək bu düşüncələrini həyata keçirdi. Özünə yetərli olacaq bir aşram(). Hindistanda bilgə şəxslərin dünyəvi həyatdan uzaq yaşaması üçün meşə və ya dağda tikilən yerlərə verilən ad. quraraq sadə bir həyat keçirdi. Yunəyirənlə toxunan ənənəvi dhoti və örtük kimi paltarlarını özü hazırlamışdı. Əvvəlcə vegetarian olsa da, sonradan ancaq meyvə ilə qidalanmağa başladı. Həm mənəvi təmizlik, həm də etiraz etmək məqsədilə bəzən bir aydan da çox davam edən oruclar tutdu.
Həyatı
İlk illəri thumb|150px|left|Mohandas Karamçand Qandi 7 yaşında olarkən. (1876). Mohandas Karamçand QandiQandi, Qucarati dilində "baqqal" (L. R. Gala, Popular Combined Dictionary, English-English-Gujarati & Gujarati-Gujarati-English, Navneet), hindcə isə "ətriyyatçı" deməkdir. (Bhargava's Standard Illustrated Dictionary Hindi-English). 2 oktyabr 1869-cu ildə Porbandarda, bir hindli modh ailəsinin övladı olaraq anadan olmuşdur. Atası Karamçand Qandi Porbandarın divanı, yəni baş vəziri idi. Anası Putlibaysa atasının dördüncü həyat yoldaşı və Pranami Vaişnava məzhəbindən olan bir hindli idi.Misra, Amalendu (2004). Identity and Religion: Foundations of anti-Islamism in India . p. 67. ISBN 978-0-7619-3227-7.Gandhi, Rajmohan (2006). Mohandas: A True Story of a Man, His People, and an Empire By Gandhi . p. 5. ISBN 978-0-14-310411-7. Karamçandın ilk iki həyat yoldaşı da bir qız övladı dünyaya gətirdikdən sonra bilinməyən səbəbdən ölmüşdülər.Tendulkar, D. G. (1951). Mahatma; life of Mohandas Karamchand Gandh i. Delhi: Ministry of Information and Broadcasting, Government of India.Malhotra, S. L (2001). Lawyer to Mahatma: Life, Work and Transformation of M. K. Gandhi. p. 5. ISBN 9788176292931. Dindar olan anasının yanında keçirdiyi uşaqlıq illərində Qucaratdakı Caynizmin də təsiri ilə Qandi canlılara zərər verməmək, ətyeməzlik, mənəvi təmizlik üçün oruc tutmaq, müxtəlif dini inanc və kastalardan olanlar arasında qarşılıqlı tolerantlıq kimi vərdişlərə yiyələnmişdir. Anadan olanda vaişya, yəni işləyənlər kastasına mənsubdu.
Qandi 1883-cü ilin mayında 13 yaşında olarkən ailəsinin istəyi ilə 13 yaşındakı Kasturba Makhanci ilə evləndi.Mohanty, Rekha (2011). "From Satya to Sadbhavna" . Orissa Review (January 2011): 45–49. İlk uşaqları körpə olarkən öldü. Ümumilikdə cütlüyün 5 övladı olmuşdur. 1888-ci ildə Hariral, 1892-ci ildə Manilal, 1897-ci ildə Ramdas və 1900-cü ildə Devdas anadan olmuşdu. Qandi gənclik illərində Porbandar və Rackotda orta səviyyəli bir şagirddi. Bhavnaqarda yerləşən Samaldas Kollecinin qəbul imtahanından çətinliklə keçə bilmişdi. Ailəsi onun vəkil olmasını istədiyi üçün kollecdə də xoşbəxt deyildi. thumb|250px|Qandi və həyat yoldaşı Kasturba.(1902). 4 sentyabr 1888-ci ildə, 18 yaşında olarkən Qandi vəkil olmaq üçün London Universitet Kollecinə qəbul oldu. Londonda yaşadığı müddət ərzində ət, spirtli içki və cinsi əlaqədən uzaq durmaq kimi hindli qanunlarına əməl edəcəyi ilə bağlı Caynizm din xadimi olan Becharjinin qarşısında anasına verdiyi sözün təsirində qalmışdı.Gandhi, Rajmohan (2006) pp. 20–21 . Bir müddət rəqs dərslərinə gedib ingilis adətlərini yoxlamağa çalışsa da, ev sahibinin qoyun ətindən hazırladığı yeməkləri yemirdi. Qandi ev sahibinin ona göstərdiyi, Londonda yerləşən bir neçə vegetarian restoranında yemək yeyirdi. Qandi yalnız anasının istəyi ilə kor-koranə şəkildə bu cür qidalanmaq yerinə, ətyeməzlik haqqında yazılar oxuyaraq bu fəlsəfəni intellektual səviyyədə də mənimsəmişdir. O, Ətyeməzlər dərnəyinə üzv oldu və bu dərnəyin idarə heyətinə seçilib bir şöbəsini qurdu.Brown, Judith Margaret (1991). Gandhi: Prisoner of Hope . Yale University Press. ISBN 978-0-300-05125-4. Qandi daha sonralar təşkilatlandırma bacarıqlarını bu dərnəkdəki işlərində öyrəndiyini demişdi. Onun qarşılaşdığı ətyeməzlərin bəziləri dünyada qardaşlığı bərqərar etmək üçün 1875-ci ildə qurulan Teosofiya cəmiyyətinin üzvü idi. Bu cəmiyyətin üzvləri özlərini Hinduizm və Buddizmlə bağlı olan əsərlərin araşdırılmasına həsr etmişdi. Onlar Qandini Bxaqavad Qitanı(). Hindlilər tərəfindən müqəddəs qəbul olunan bir mətn. Ədəbiyyat tarixində və fəlsəfədə ən önəmli mətnlərdən biri, eyni zamanda Mahabharata dastanının bir parçası hesab olunur. oxumasına təşviq etdilər. Əvvəllər dini mövzulara xüsusi bir maraq göstərməmiş olan Qandi Hinduizm, Xristianlıq, Buddizm, İslam və digər dinlərin dini kitabları ilə bu kitablar haqqında yazılan əsərləri oxudu. İngiltərə və Uelsin vəkillər palatasına getdikdən sonra Hindistana qayıtdı, amma Mumbayda vəkillik edərkən o qədər də uğur qazana bilmədi. Sonra liseydə müəllim işləmək üçün müraciət etsə də, burada da uğur qazana bilməyib Rackota geri döndü və bir növ notarius fəaliyyəti olan pul qarşılığında məktub, ərizə və s. yazmağa başladı. Britaniyalı bir zabitlə aralarında anlaşmazlıq yarandığından bu işini də davam etdirə bilmədi. Avtobioqrafiyasında bu hadisəni böyük qardaşının xeyrinə həyata keçirdiyi uğursuz bir lobbiçilik fəaliyyəti kimi qeyd etmişdi. Bu vəziyyətdə olarkən 1893-cü ildə Böyük Britaniyanın tərkib hissəsi olan Cənubi Afrikanın Natal əyalətində yerləşən bir Hindistan firmasının təklif etdiyi bir illik işi qəbul etdi.
1895-ci ildə Qandi Londona döndükdən sonra radikal düşüncələrə sahib olan Müstəmləkələr naziri Cozef Çembırleynlə tanış oldu. Sonralar bu nazirin oğlu olan Nevil Çembırleyn Baş nazir olmuş və 1930-cu illərdə Qandinin fəaliyyətlərini dayandırmağa çalışmışdı. Cozef Çembırleyn hindlilərə pis yanaşdığını qəbul etsə də, bu vəziyyəti düzəldəcək hər hansı bir qanun dəyişikliyinə meyil göstərmədi.
Cənubi Afrikada vətəndaş haqları hərəkatı (1893–1914) thumb|250px|left|Mohandas Karamçand Qandi Cənubi Afrikada olarkən.(1895). Qandi Cənubi Afrikada hindlilərə tətbiq olunan ayrı-seçkiliyə məruz qaldı. Əvvəlcə birinci dərəcəli biletə sahib olmasına baxmayaraq üçüncü dərəcəli yerə keçməyi qəbul etmədiyinə görə Pitermariçburqda qatardan qovuldu.Gandhi, M. K.; Fischer, Louis (2002). Louis Fischer, ed. The Essential Gandhi: An Anthology of His Writings on His Life, Work and Ideas. Vintage Books. ISBN 978-1-4000-3050-7. Sonra yoluna at arabasında davam edərkən avropalı bir sərnişinə yer vermək üçün arabanın çölündəki pilləkəndə yoluna davam etməyi qəbul etmədiyi üçün sürücü tərəfindən döyüldü.Gandhi (1940). Chapter "More Hardships" . Bu yolda müxtəlif hotellərə qəbul olunmamaq kimi çətinliklərlə qarşılaşdı. Buna oxşar hadisələrdən birində Durban məhkəməsi hakiminin Qandiyə sarığını çıxarmasını əmr etməsinə baxmayaraq bunu qəbul etmədi.Gandhi (1940). Chapter "Some Experiences" . Qarşılaşdığı sosial haqsızlıqlar onun həyatında bir dönüş nöqtəsi olmuş və daha sonrakı sosial etirazlarının əsasını təşkil etmişdir. Cənubi Afrikada hindlilərin qarşılaşdığı irqçilik, mənfi rəy, haqsızlıqlara şəxsən şahid olmuş və xalqının Böyük Britaniya içindəki yeri ilə özünün bu toplum içindəki yerini sorğulamağa başlamışdır. thumb|Mohandas Karamçand Qandi Cənubi Afrikada olarkən.(1909). Qandi hindlilərin səs vermək haqqının qarşısını alan bir qanuna onların qarşı çıxmasına kömək etmək üçün burada qalmaq müddətini artırdı. Qanunun qüvvəyə minməsinin qarşısını ala bilməsə də, təbliğatı Cənubi Afrikada hindlilərin qarşılaşdığı problemlərə diqqət çəkmək baxımından uğurlu olmuşdu. 1894-cü ildə Natal Hind Konqresini qurdu və bu təşkilatdan istifadə edərək Cənubi Afrikada olan hindliləri ortaq bir siyasi gücün ətrafında toplaya bildi. 1897-ci ilin yanvar ayında Hindistandakı qısa müddətlik gəzintisindən sonra Cənubi Afrikaya qayıdan Qandiyə hücum edən bir qrup avropalı onu döymək istədi. Sonrakı təbliğatlarını formalaşdıracaq şəxsi keyfiyyətlərinin ilk təzahürlərindən biri olan bu hadisə ona edilən yanlışları şikayət etməmək idealını qazanmasına səbəb olmuşdu. Qandi ona hücum edənləri məhkəməyə şikayət etməkdən imtina etdi."March 1897 Memorial" . The Collected Works of Mahatma Gandhi . Wikisource: correspondence and newspaper accounts of the incident.
1906-cı ildə Transvaal hökuməti müstəmləkənin hindli əhalisini zorla qeydiyyata daxil etməyi lazım bilən bir qanun qəbul etdi. Qandi həmin ilin 11 sentyabrında Yohannesburqda həyata keçirilən bir mitinqdə hələ tam formalaşmayan Satyaqraxa ya da passiv etirazı ilk dəfə tətbiq etdi və hindli tərəfdaşlarına şiddət yerinə yeni qanuna qarşı çıxıb bunun nəticələrini qəbul etmələri istiqamətində bir çağırış etdi.Rai, Ajay Shanker (2000). Gandhian Satyagraha: An Analytical And Critical Approach. Concept Publishing Company . p. 35. ISBN 978-81-7022-799-1. Bu təklif qəbul olundu və yeddi il davam edən tətil etmək, qeydiyyatdan keçməkdən imtina etmək, qeydiyyat vərəqələrini yandırmaq kimi müxtəlif özündə şiddət ehtiva etməyən etirazlar səbəbindən aralarında Qandi də olmaqla minlərlə hindli tutuldu, qamçılandı hətta öldürüldü. Hökumət hindli etirazçıların qarşısını almağı bacarsa da, sülhsevər etirazçılara tətbiq olunan sərt metodlar toplumda etirazla qarşılandı. Bunun nəticəsində Cənubi Afrikalı general Jan Xristian Smuts Qandi ilə razılaşmağa məcbur olmuşdu. Bu mübarizə zamanı Qandinin düşüncələri formalaşdı və Satyaqraxa inkişaf etdi.
Zulu döyüşündəki rolu