Erkeç — Azərbaycan Respublikasının Goranboy rayonunun Mənəşli kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Kənd əvvəllər Talış nahiyəsinə aid idi. 1727-ci il Osmanlı qaynağında adı keçir. 1828-ci ildə Azərbaycanı işğal etmiş ruslar tərəfindən bu kəndin ərazisinə İrandan ermənilər köçürülmüşdü. Qarabağ müharibəsinin başlandığı dövrdə kənddə yaşayan ermənilər silahlanaraq qonşu azərbaycanlı kəndlərinə silahlı basqınlar təşkil edərək insanları öldürməyə, onların evlərini yandırmağa başladılar. Azərbaycan ordusunun 1992-ci ilin yayında həyata keçirdiyi hücum nəticəsində kənd erməni quldurlarından təmizlənmişdir.
Toponimikası Erkəc/Erkeç kəndi Murovdağ silsiləsinin ətəyindədir. Tədqiqatçıların fikrincə, oykonim türk dillərindəki erkeç/arxac (dağın yamacı, ətəyi) sözünün fonetik şəkli olub, "dağ yamacında, arxacda salınmış kənd" mənasındadır. Azərbaycan dilinin dialektlərində sürünün qabağını çəkən yaşlı erkək keçiyə də erkəç deyilirAzərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 220 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Həmçinin bax Goranboy rayonu
İstinadlar
Xarici keçidlər Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti
Kateqoriya:Goranboy rayonunun kəndləri Kateqoriya:Şaumyan rayonunun kəndləri