Zeyvə — Azərbaycan Respublikasının Goranboy rayonunun Zeyvə kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası Kənd Goran çayının sahilində, Murovdağ silsiləsinin ətəyindədir. İnqilabdan əvvəl Azərbaycanda Zeyvə adlı 10 kənd olmuşdur. Zeyvə ərəb dilindəki zaviyə sözündən olub, "hücrə", "ibadətgah", "künc", "bucaq", "guşə" mənalarında işlənir. Müəyyən dövrlərdə, o cümlədən Səfəvilər dövründə ruhanilər imtiyazlı zümrələrdən hesab olunurdu. Kürdəxanıda Əxizaviyəsi (XV əsr), Bibi- heybət Zaviyəsi (XVII əsr) həmin dövrün yadigarlanndandır. Zeyvə adlı məntəqələr camaatdan kənarda, ömürlərini ibadətlə keçirən ruhanilər, tərkidünyalar (onlar zavi- yənişin adlanırdılar) üçün salınmış məntəqələr idi.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1914 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Həmçinin bax Goranboy rayonu

İstinadlar

Xarici keçidlər Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti

Kateqoriya:Goranboy rayonunun kəndləri Kateqoriya:Şaumyan rayonunun kəndləri