Sol mədəcik () — ürəyin sol və arxa hissəsini tutaraq sivriləşmiş ellipsə bənzəyir; sağ mədəcikdən uzun və ensizdir; divarlari təxminən üç dəfə qalındır, daxili səthində olan ətli atmaların miqdarı çox, ensiz həm də bir-birinə sıxdır. Məməyəbənzər əzələlər — () mədəciyin ön və arxa divarlarında olurlar. Mədəciklərarası arakəsmənin — () çıxıq səthi sağ mədəciyə tərəf olduğu üçün sol mədəciyin eninə kəsiyi ovala bənzəyir; bu arakəsmənin yuxarı hissəsində əzələ elementləri yoxdur; odur ki, buna zarlı hissə — () və mədəciklərarası arakəsmənin yerdə qalan hissəsinə əzələvi hissə — () deyilir. Sol qulaqcıq-mədəcik dəliyi sol qulaqcıq-mədəcik qapağı, ya ikitaylı qapaq (mitral qapaq) — () ilə və aorta dəliyi aorta qapağı — () ilə tutulmuşdur.

İkitaylı qapaq sol qulaqcıq-mədəcik dəliyini əhatə edən lifli halqadan () başlayaraq vətər telləri vasitəsilə sol mədəciyin ön və yuxarı divarlarında olan məməyəbənzər əzələlərə bağlanmışdır. Bu qapaq iki taydan ibarətdir; ön tay — () və arxa tay — (). Ön tay dal taydan böyükdür və özü də qabaqda və sağ tərəfdə yerləşərək sol qulaqcıq-mədəcik dəliyini aorta dəliyindən ayırır. Ön və dal tayların arasında bəzən əlavə kiçik taylara da təsadüf olunur. 250 px|thumb|left|Sol mədəciyin əzələ qişasının en kəsikdən görünüşü Aorta qapağı — () ağciyər kötüyü qapağı kimi üç aypara qapaqcıqdan ibarətdir. Bunlardan biri — () arxada, ikinci — () sağda və üçüncüsü — () solda yerləşmişdir. Bunların hamısı ağciyər kötüyünün eyniadlı qapaqcıqlarından qalın və möhkəmdir və üzərində olan düyüncüklər və aycıqlar () yaxşı gözə çarpırlar.

Aorta dəliyini örtən aypara qapaqcıqların ciblərinə aorta cibləri — () deyilir. Sağ və sol aorta ciblərindən ürəyi qidalandıran tac arteriyalar — () başlayırlar.

Mənbələr Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı — 1979 Atlas of Human Cardiac Anatomy — Endoscopic views of beating hearts — Cardiac anatomy Р. Д. Синельников. Атлас анатомии человека (4 тома) Anatomy: Embryologie

Kateqoriya:Anatomiya Kateqoriya:Ürək anatomiyası Kateqoriya:Ürək-damar sistemi

de:Herz#Räume und Gefäße